Aqrar İnnovasiya və Təchizat Şirkəti

İnsan Resursları üzrə aparıcı mütəxəssis

1108 - 1274 ₼
Tam iş günü
Bakı, Azərbaycan
04.04.24 - 04.05.24

İş haqqında məlumat

  • Strukturlar tərəfindən təqdim olunmuş işçi tələb formasının yoxlanılması və işə qəbul şöbəsinə göndərilməsi;
  • Elektron Hökümət Portalında İnsan Resursları ilə bağlı əməliyyatların yerinə yetirilməsi;
  • Aidiyyatı şöbələrin yeni əməkdaşın işə başlaması haqqında məlumatlandırılması;
  • İşçilərin illik əmək məzuniyyətlərinin qrafikinin qurulması, qrafikə uyğun istifadənin təmin olunması, istifadə edilməmiş məzuniyyətlərin hesablanması və istifadəsinə təşviq edilməsi;
  • Yeni yaradılmış iş yerinin e-sosialda elan edilməsi və namizədlərin telefon zənglərinə cavab verilməsi;
  • İcbari sığorta əməliyyatlarının icra olunması və ödəniş üçün Mühasibatlığa təqdim olunması;
  • Yeni işçilərin Bitrix24 portalında və 1C ZUP KORP tətbiqində qeydiyyat prosesinin icra edilməsi;
  • Təhsil, analıq, qismən ödənişli və ödənişsiz məzuniyyətlərdən istifadənin uçotunun aparılması;
  • İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab blankının doldurulması, və s.), kompensasiyaların hesablanması, 1C ZUP KORP və Bitrix24-də, elektron hökumət portalında çıxış qeydlərinin aparılması;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 08:30 - 17:30;
  • İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: İnsan Resursları əməliyyatları sahəsi üzrə minimum 2 il iş təcrübəsi olmalı;
  • Kompüter bacarıqları: MS Office proqramlarını (Word, Excel, PowerPoint, Outlook) yaxşı səviyyədə bilməli, 1C üzrə yaxşı səviyyədə istifadə bacarığı olmalı;
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyi üzrə yaxşı biliklər və təcrübənin olması;
  • Analitik düşüncə və problem həll etmə bacarığı olmalı;
  • Ezamiyyətlərə hazır olmalı, B kateqoriya sürücülük vəsiqəsi olmalı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar