Araz Supermarket

İnsan Resursları/ Struktur və ştat planlama üzrə mütəxəssis

Ə/h razılaşma ilə 210
Tam iş günü
Bakı, Azərbaycan
23.10.24 - 23.11.24

İş haqqında məlumat

  • Şirkətin məqsəd və strategiyalarına uyğun olaraq daxili struktur dəyişikliklərini və işçi ehtiyaclarını müəyyənləşdirmək;
  • Şirkətindaxili strukturları, işçi sayı, rollar və vəzifələrin müəyyənləşdirilməsi üçün müvafiq məlumatları toplamaq və təhlil etmək;
  • Şirkətin bütün struktur bölmələri üzrə struktur cədvəlinin (organizational chart) hazırlanmasını və aidiyyatı strukturlara təqdim edilməsini həyata keçirmək;
  • Struktur analizlərinin aparılmasını, ofis və mağaza üzrə struktur dəyişikliklərinin icra edilməsini həyata keçirmək;
  • Şirkətin bütün strukturları üzrə iş analizlərinin aparılmasını həyata keçirmək;
  • Strukturlar üzrə əsas performans göstəricilərinin təyin edilməsində və əmək haqqı və bonus təlimatlarının hazırlanmasında iştirak etmək;
  • Təşkilati struktur və ştat planlaması ilə bağlı müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
  • Nahar ilə təmin edilmə;
  • 5 günlük iş qrafiki.

Tələblər

  • Ali təhsil;
  • 1-3  il İnsan Resursları sahəsində  təcrübə;
  • Excel və SAP  bilikləri üstünlükdür;
  • Yeniliklərə və öyrənməyə açıq olmalı;
  • Komanda ilə işləmə bacarığı.