Bakı,
Azərbaycan
08.09.23
-
08.10.23
İş haqqında məlumat
- Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub olmamasına riayət etmək;
- İnşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
- İcraçı inşaat briqadalarının iş bölgülərini müəyən və təyin etmək, onlara istehsalat tapşırıqlarını vermək;
- İşlərə inşaat mühəndislik baxımından rəhbərlik və işlərin keyfiyyətlə həyata keçirilməsinin təmin etmək;
- İnşaat işlərinin layihə meneceri ilə birlikdə planlaşdırımaq və müvafiq plan hazırlamaq;
- İnşaat layihələrinin icra olunduğu ərazilərə baxış keçirmək və işlərin gedişatını monitorinq etmək (bölgələrdə gedən inşaat obyektləri də daxil olmaqla);
- Layihədə iştirak edən subpodratçılarla əlaqə saxlamaq və onların işinin istiqamətləndirmək;
- Layihələri tərtib etmək üçün statistik məlumatları, yoxlama aktlarını, xəritələri, cizgiləri, sxemləri, ərazinin foto şəkillərini, eləcə də topoqrafik və geoloji məlumatları təhlil etmək;
- Layihələrin tikinti qaydalarına uyğun tərtib olunub-olunmamasına dair texniki rəy vermək;
- Sahələrdə gedən tikinti subpodratçılardan işlərin təhvil alınmasına dair texniki rəy vermək;
- İnşaat işlərinin tikinti qaydalarına, normativlərinə, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayyət olunmasına nəzarət etmək;
- Tələb olunan bütün materialları və avadanlıqları müəyyən etmək, onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
- İnşaatla əlaqədar dövlət qurumları ilə sənədləşmə işlərinin koordinasiyasını aparmaq;
- Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, düzgün qaydada sənədləşdirilməsinə və əsaslandırılmasına nəzarət etmək;
- Layihənin yaradılması və işçi qrupunun seçimində iştirak etmək;
- Layihə-smeta sənədlərinin daxili ekspertizasını aparmaq, kiçik həcmli lokal smetaları tərtib etmək;
- Xərclərin ixtisarı, tikinti keyfiyytəinin yaxşılaşdırılması, tikinti büdcəsinin səmərəli istifadəsinin təmin etmək;
- Tikinti ehtiyatlarının qənaətlə istifadəsi, daha əlverişli və təhlükəsiz əmək şəraitnin yaradılması üzrə tədbirləri həyata keçirmək;
- Rəhbərliyin digər tapşırıq və göstərişlərini yerinə yetirmək, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlayaraq təqdim etmək;
- İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
- Korporativ mobil nömrə və danışıq vaxtı;
- Əmək məzuniyyəti qanunvericiliyin tələblərinə əsasən;
- İş qrafiki: 6 günlük;
- İş saatı: 09:00 - 18:00;
- İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi, 9-cu mərtəbə.
Tələblər
- Təhsil: Ali texniki (İnşaat mühəndisi diplomu);
- Təcrübə: İnşaat mühəndisi vəzifəsində 5 ildən az olmamaq şərtilə;
- Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməli, rus və ya ingilis dilləri namizəd üçün əlavə üstünlükdür;
- Kompüter bacarıqları: MS Office (World, Excel, MS Project) AutoCAD, ArchiCAD proqramlarından peşəkarcasına istifadə etməyi bilməlidir;
- Layihəçəkmə və planlaşdırmanı bacarmalı;
- Analitik və deduktiv düşüncə, habelə yaxşı müşahidə bacarığına malik olmalı;
- Ciddi, səbirli, komandada işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Gərgin iş şəraitinə və qrafikə uyğun işləməyi bacarmalı;
- Ünsiyyət qurmaq bacarığı;
- Fiziki dözümlülük;
- Akrofobiyanın (yüksəklik qorxusu) olmaması;
- Tikinti, təmir və quraşdırma işlərinin normalarını, onların təhvil olunmasına dair texniki reqlamentləri, təhlükəsizlik qaydalarını, habelə texniki şərtləri mükəmməl bilməli;
- Materialların xüsusiyyətləri və keyfiyyətlərinə dair biliklərə malik olmalı;
- Tikinti sahəsində qabaqçıl təcrübə, müasir metodlardan, müasir alətlərdən istifadə etmək, habelə tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət etmək bacarığı.
İnşaat və tikinti
Tikinti və təmir