Makro 2000

İnşaat mühəndisi

Ə/h razılaşma ilə 4075
Tam iş günü
Ağdam, Azərbaycan
24.01.25 - 24.02.25

İş haqqında məlumat

  • Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi;
  • Smetalarda olan uyğunsuzluqların müəyyən edilməsi və düzgün iş həcmlərinin hesablanaraq tərtib edilməsi;
  • İşin yerinə yetirilməsində risklərin qiymətləndirilməsi və təhlükəsiz iş metodunun hazırlanması;
  • İşlərin İcra Aktlarının hazırlanması;
  • Maddi məsul şəxs olaraq material, avadanlıq, inventar, maşın- mexanizmin qənaətli sərfiyyatının təşkil edilməsi, anbar işinin təşkil edilməsi;
  • Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılması;
  • Layihələndirmə üçün ilkin məlumatların yığılması və çertyojlarla işlənməsi;
  • Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərinin düzgün təşkil edilməsi;
  • Tikintidə istifadə olunacaq tikinti materiallarının müəyyən edilməsi və zəruri tikinti materiallarının siyahı şəklində təchizat şöbəsinə yönləndirilməsi;
  • Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət edilməsi;
  • Texnoloji intizama riayət edilməsi, tikinti norma və qaydalarının yerinə yetirilməsi;
  • Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
  • Görülən işlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi;
  • Nahar şirkət tərəfindən qarşılanır;
  • Qalmaq üçün yer şirkət tərəfindən qarşılanır;
  • Könüllü tibbi sığorta;
  • Şirkət nömrəsi;
  • Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • İş qrafiki 6 gün.

Tələblər

  • Yaş həddi 25-45;
  • İnşaat layihələrinin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi;
  • İnşaat mühəndisliyi üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi);
  • Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti;
  • (Microsoft Office, AutoCAD, Tekla) kimi proqram təminatları ilə işləmə bacarığı;
  • Komanda ilə işləmək və layihəni idarəetmə bacarığı.

Oxşar vakansiyalar