Amal Group

İnşaat mühəndisi

Ə/h razılaşma ilə 105
Tam iş günü
Qubadlı, Azərbaycan
18.01.24 - 17.02.24

İş haqqında məlumat

  • Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
  • Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
  • Problemlərə dərhal müdaxilə edərək aradan qaldırmaq, dəyişiklikləri birbaşa rəhbərliyi ilə planlaşdırmaq və idarə etmək;
  • Tabeciliyində  olan işçi heyətinə rəhbərlik etmək;
  • Texniki problemləri aşkar etmək məqsədi ilə texnoloji ardıcıllığı, ətraf mühit şəraitini araşdırmaq və layihənin potensial təsirini qiymətləndirmək;
  • Texniki işçilərə və menecerlərə dizayn, tikinti və ya proqramın dəyişdirilməsi və quraşdırma-təmir işləri ilə bağlı texniki məsləhətlər vermək;
  • Verilmiş müddət ərzində görülməli işlərin bölgüsünü aparmaq və qrafik tərtib etmək;
  • Razılaşdırılmış qrafik və plan ilə müqayisədə əldə edilən nəticələri qiymətləndirmək, qeydə almaq və təqdim etmək məqsədi ilə layihə-idarəetmə mexanizmləri həyata keçirmək;
  • Layihənin iştirakçıları, müştəri və digər maraqlı tərəflər arasında razılaşdırılmış kommunikasiya proseslərini həyata keçirmək;
  • Müvafiq hüquqi və normativ standartları öyrənmək, nəzərdən keçirmək və onlara riayət etmək;
  • Layihənin texniki şərtlərə cavab verməsini təmin etmək məqsədi ilə gözlənilməz halları və problemləri həll etmək;
  • Mütəmadi işin gedişatı ilə bağlı hesabatları birbaşa rəhbərliyinə təqdim etmək;
  • Qalmaq və yemək şirkət tərəfindən verilir;
  • İş qrafiki: 6 günlük.

Tələblər

  • Təhsil: Mülki inşaat, İnşaat mühəndisliyi sahələri üzrə ali təhsil;
  • Təcrübə: Minimum 5 il inşaat sahəsi üzrə iş təcrübə;
  • Kompüter bacarıqları: Autocad, MS Office programları, Excel əla səviyyədə;
  • Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur;
  • Ünsiyyət və təşkilati bacarıq;
  • Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
  • Avadanlıqlar, alətlər və mexaniki qurğular barədə biliklər, hərəkət, işıq, enerji almaq, texnoloji və digər məqsədlər üçün onlardan istifadə;
  • Dəqiq texniki planların, eskizlərin, sxemlərin və modellərin hazırlanması və istifadəsi prosesinə cəlb olunan dizayn texnikası, prinsiplər, alətlər və qurğular barədə biliklər;
  • Biznes və təşkilati planlaşdırma, əlaqələndirmə və icra işləri ilə bağlı prinsip v;ə proseslər barədə biliklər (strateji planlaşdırma, resursların bölüşdürülməsi, işçi qüvvəsinin modelləşdirilməsi, liderlik texnikası və istehsal metodları);
  • Binalar, obyektlər və konstruksiyalar tikmək üçün tələb olunan materiallar, metodlar və müvafiq alətlər barədə biliklər.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar