Bakı,
Azərbaycan
08.09.23
-
08.10.23
İş haqqında məlumat
- Fərdi evlərin, inzibati binaların, villaların, ticarət və istehsalat təyinatlı obyeklərin inşaası və təmirinin layihələndirilməsi;
- Təsdiqlənmiş layihələrin layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi;
- İcra olunan inşaat layihələrini nəzarətdə saxlamaq (istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş materialların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi);
- Layihə üzrə tikinti prosesləri planının, iş qrafikinin və ümumi iş həcminin müəyyən olunması, layihə zamanı iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin tərtib olunması;
- Layihələrin təqvim planı üzrə icrası, vaxtında və keyfiyyətlə tamamlanması və təhvil verilməsinə görə cavabdehlik daşıması;
- Layihənin bütün hissələrinin biri-biri ilə və müvafiq sənədlərlə əlaqəsinin təmin edilməsi;
- Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflər hazırlamaq;
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlər etmək və baş direktora təsdiq üçün təqdim etmək;
- Layihə-smeta sənədlərinin vaxtında təqdim edilməsini təmin etmək;
- Layihədəki büdcə risklərini təhlil etmək;
- Sahələrdə icra olunan tikinti və təmir layihələrinə dair aylıq hesabatların (Forma 2, Forma 3, məxaric təhlili) layihəyə uyğun müəyyənləşdirərək hazırlamaq və baş direktora təsdiq üçün təqdim etmək;
- Sahələrdə tabeçiliyində olan iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
- Sahələrdə icra olunan və ya icra olunmuş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
- Tikinti layihəsinə cəlb edilmiş subpodratçı şirkətlərin və şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
- İnşaat layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
- Başa çatmış inşaat layihələrin təhvil-təslimində iştirak etmək;
- Bütün layihələrin yoxlanılması, layihələrdəki yanlışlıqların aradadn qaldırılması və prosesin idarə edilməsi;
- İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
- Korporativ mobil nömrə və danışıq vaxtı;
- İş qrafiki: 6 günlük;
- İş saatı: 09:00 - 18:00;
- İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi, 9-cu mərtəbə.
Tələblər
- Yaş: 30-55;
- Təhsil: Ali (İnşaat mühəndisliyi üzrə);
- Təcrübə: İnşaat layihələrinin icrası üzrə, inşaat mühəndisi və ya inşaat sektorunda rəhbər vəzifədə ən azı 5 il;
- Dil bilikləri: Azərbaycan dilini (yazmaq, oxumaq, danışmaq, anlamaq) yüksək səviyyədə bilməli, rus və ingilis dilləri namizəd üçün əlavə üstünlükdür;
- Kompüter bacarıqları: MS Office (Project, Outlook, Word, Excel), proqramlarında işləmə bacarığı, digər proqramlar namizəd üçün üstünlükdür (3Dmax, AutoCAD, PrimaVera, Smeta);
- Azərbaycan vətəndaşı olmalı;
- Layihələrin idarə olunması üzrə sertifikatlar;
- Azərbaycan Respublikası tikinti qanunvericiliyi və tikinti norma və qaydaları;
- Tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid dövlət qurumlarının qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları;
- Layihələndirmənin metodlarını, layihə işlərinin təşkili və planlaşdırılmasını;
- İşlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri;
- Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları, texniki şərtləri və digər rəhbər materialları;
- Layihə və tikinti-iqtisadi hesablamaların aparılması metodlarını;
- Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni;
- Dəmir beton layihələndirmə və detalları mükəmməl bilməli;
- Ciddi, səbirli, korporativ görünüşlü və komandada işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Gərgin iş şəraitinə və qrafikinə uyğunlaşmalı;
- Nəticəyə istiqamətlənmiş, dinamik, enerjeli, aktiv, əlaqə qurmaq və inandırma qabiliyyətinə malik olmalı;
- Analitik düşüncə, problemləri həll etmək və maneələri dəf etmək bacarığına malik olmalı;
- İşi planlamaq bacarığına malik olmalı;
- Aktiv dinləmə və fikrini izah etmək qabliyyətinə malik olmalı;
- Təşəbbüskar qərar qəbul etmə bacarığı və stressə davamlı olmalı.
İnşaat və tikinti
Tikinti və təmir