AzInTelecom MMC

İnformasiya Təhlükəsizliyi üzrə kiçik mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
01.03.24 - 31.03.24

İş haqqında məlumat

  • İnformasiya təhlükəsizliyinin idarə olunması üzrə daxili prosedurlar, qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi;
  • İnformasiya təhlükəsizliyi risklərinin müəyyən olunmasına, dəyərləndirilməsinə töhfə vermək və risk reyestrinə qeydiyyatın aparılmasına dəstək;
  • Fiziki və məntiqi buraxılışların idarə edilməsi prosesinə dəstək, yeni təcrübələrin araşdırılması, təkliflərin verilməsi və mövcud prosesin təkmillləşdirilməsi;
  • İnformasiya təhlükəsizliyi üzrə təhlükəsizlik tələblərinin müəyyən edilməsində dəstək;
  • İnformasiya təhlükəsizliyi üzrə nəzarət tədbirlərinin həyata keçirilməsində dəstək;
  • İnformasiya təhlükəsizliyi üzrə maarifləndirmə və təlim proqramlarının hazırlanmasında dəstək göstərmək;
  • İnformasiya təhlükəsizliyi üzrə maarifləndirmə təlimlərinin təşkilinə dəstək və təlimlərin keçirilməsi;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları icra etmək.

Tələblər

  • Təhsil: Ali təhsil (İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Kompüter elmləri, İnformasiya sistemlərinin idarə edilməsi üzrə müvafiq akademik ixtisas, ali təhsilin olması arzu olunandır);
  • Təcrübə: Müvafiq sahə üzrə ən azı 6 ay iş təcrübəsi;
  • Kompüter bacarıqları: Yaxşı səviyyədə MS Office proqramları ilə işləmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan, rus və ya ingilis dilləri şifahi və yazılı kommunikasiya arzuolunandır;
  • Ümumi kibertəhlükəsizlik anlayışı;
  • Əməliyyat sistemləri, Microsoft AD, şəbəkələr, şəbəkə mühafizəsi sistemləri, bulud təhlükəsizliyi, məlumatların məxfiliyi, virtuallaşdırma, təhlükəsizliyə nəzarət vasitələri haqqında münasib anlayışın olması arzuolunandır;
  • İnformasiya təhlükəsizliyi üzrə proseslərin qurulması və siyasət, prosedurların yazılma üslubu ilə tanışlıq;
  • ISO 2700(x) seriyası, NIST CSF, COBIT və s. s. kimi informasiya təhlükəsizliyi standartları və qaydaları ilə tanışlıq;
  • ISO 27001 Foundation, CompTIA Security+ sertifikatları arzuolunandır;
  • Komanda ilə işləmə bacarığı;
  • Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
  • Multi-tasking qabiliyyəti;
  • Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Araşdırma bacarıqları;
  • Güclü analitik və tənqidi düşünmə qabiliyyəti;
  • Təhlil etmə və problemləri effektiv həll etmə bacarıqları;
  • Davamlı öyrənmə və özünü inkişaf etmə bacarığı.
  • Vakansiya ilə maraqlanan şəxslər https://azintelecom.az/az/karyera/informasiya-t%c9%99hluk%c9%99sizliyi-uzr%c9%99-kicik-mut%c9%99x%c9%99ssis/ linkinə keçid edərək müraciət edə bilər. 


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar