Tamstore

İdxal üzrə kiçik mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
01.05.24 - 31.05.24

İş haqqında məlumat

  • Xarici tədarükçülərlə danışıqların aparılması, müqavilələrin bağlanılması, sifarişlərin hazırlanması və tədarükçülərə göndərilməsini təmin etmək;
  • İdxal mallarının sistemə doğru tanıdılmasını təmin etmək;
  • Qiymət dəyişiminin icra edilməsini nəzarətdə saxlamaq;
  • Sifariş planlama, “stockout” hesabatını hazırlamaq;
  • Nümunələrin çatdırılmasına nəzarət etmək;
  • Ödəniş planını hazırlamaq və ödənişlərin icrasını təqib etmək;
  • Yükləmə planı barədə müvafiq struktur bölməyə məlumat vermək və yükləmələri nəzarətdə saxlamaq;
  • Xarici tədarükçülərə aid müvafiq sənədləşmələrin icrasını təmin etmək;
  • Məhsulların depoya qəbul olunması və mağazalara göndərilməsini təqib etmək;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Minimum 1 il (müvafiq sahədə);
  • Dil bilikləri: Rus dili əla, İngilis dili orta səviyyədə üstünlükdür;
  • Kompüter bacarıqları: MS Office proqramlarından istifadə bacarıqları (Powerpoint, Word və Excel yaxşı səviyyədə);
  • Logoda işləmə bacarığı üstünlükdür;
  • Yüksək kommunikasiya və təqdim etmə bacarığı.


Oxşar vakansiyalar