Bakı,
Azərbaycan
23.08.23
-
22.09.23
İş haqqında məlumat
- Metodoloji sənədlərin hazırlanması və təkmilləşdirilməsini həyata keçirmək;
- Cəmiyyət üzrə aparılan fəaliyyətin təsdiqlənmiş proses sənədlərinə uyğun şəkildə aparılmasını yoxlamaq və monitorinq hesabatlarını hazırlamaq;
- Müvafiq beynəlxalq standartların tələblərinə uyğunluğun təmin olunmasını və auditinin aparılmasını təşkil etmək və dəstəkləmək;
- İnsidentlərinin idarə edilməsi mexanizminin tətbiqini təşkil etmək və metodoloji dəstək göstərmək;
- Müştəri məmnuniyyətini ölçmək və müştəri şikayətlərinin səbəbini araşdırmaq və monitorinq hesabatlarını hazırlamaq;
- ISO/IEC 27001:2013, ISO/IEC 20000-1:2018, ISO:22301:2019 standartlarının tətbiqi və auditi üzrə müvafiq fəaliyyətlərin icrası proseslərinin dəstəklənməsi;
- Proseslərin optimallaşdırılması ilə bağlı təkliflər vermək.
Tələblər
- Təhsil: Ali (informasiya texnologiyaları, biznesin idarə edilməsi, iqtisadiyyat və ya digər müvafiq ixtisaslar üzrə);
- Təcrübə: Müvafiq sahə üzrə 2 il və daha çox;
- Kompüter bacarıqları: Microsoft Office proqramları (əsasən Word və Excel olmaqla Visio və digərləri) ilə işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis dili pre-intermediate və daha yuxarı, Rus dili arzuolunan;
- Təşkilati bacarıqlar (yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.);
- Konfidensial və həssas məlumatlarla işləmək bacarıqları;
- Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;
- Strateji baxış formalaşdırma bacarıqları;
- İT sahəsi üzrə standart baza biliklər.
İnzibati, Biznes, İdarəetmə
İKT