Bakı,
Azərbaycan
04.09.23
-
04.10.23
İş haqqında məlumat
- Kafedranın illik iş planını təsdiq etmək və onun fəaliyyətinə rəhbərlik etmək;
- Ayda bir dəfədən az olmayaraq kafedra iclasını təşkil etmək və onun sənədləşdirilməsini təmin etmək;
- Kafedra iclaslarınıayda bir dəfədən az olmamaqla, hər növbəti ayın 10-dək təşkil etmək, kafedra iclaslarına sədrlik etmək, kafedra iclaslarının qərarlarını təsdiq etmək və protokolunu 5 gün ərzində rektorluğa təqdim etmək;
- Kafedrada tədris olunan fənlər üzrə müəyyən olunmuş qaydada tədris proqramlarının işlənib hazırlanmasına rəhbərlik etmək və onları təsdiq etmək, bu proqramlara uyğun dərsliklərin, tədris-metodiki və tədris vəsaitlərinin hazırlanmasını təmin etmək, auditoriyadan kənar dərslərin keçirilməsini təşkil etmək;
- Aidiyyəti üzrə tədris olunan ixtisaslar üzrə tədris planının tərtib edilməsini təmin etmək;
- Qanunvericiliyə uyğun olaraq professor-müəllim heyəti seçkiləri ilə bağlı kafedrada müzakirə təşkil etmək;
- İmtahan sessiyasının başlamasına 1 (bir) ay qalmış imtahan suallarının və biletlərinin yoxlanılmasını və təsdiqini təmin etmək;
- İmtahan sessiyasının başlamasına 10 gün qalmış kafedra əməkdaşlarından ibarət imtahan nəzarətçi cədvəlini təsdiq etmək və onların (imtahan nəzarətçilərinin) fəaliyyətinə nəzarət etmək;
- Kafedra müəllimlərinin aylıq açıq dərslərini təşkil etmək, onun nəticəsini təhlil etmək və rektorluğa mütəmadi hesabat vermək;
- Kafedra əməkdaşlarının illik iş planlarının hazırlanmasını, habelə illik elmi hesabatının hazırlanmasını və elm şöbəsinə vaxtında təqdim edilməsini təmin etmək.
Tələblər
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili (arzuolunandır);
- Kompüter bacarıqları: MS Office proqramları;
- Azərbaycan Respublikasının təhsil qanunvericiliyini;
- Ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını;
- Elm, tədris-tərbiyə sahəsində innovativ təcrübələri bilməlidir.
Təhsil və elm
Təhsil