Bestcomp Group

İcraçı direktorun köməkçisi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
25.07.23 - 24.08.23

İş haqqında məlumat

  • Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq, şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə sənədlərin baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
  • Direktora lazım olan məlumatları şirkətin struktur bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək;
  • Direktorun keçirdiyi qəbulların, danışıqların, iclasların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, referat və arayışların hazırlanması, iclasların təşkili və s.) görmək ;
  • Direktorun qərarlarının icrasına nəzarət etmək;
  • Rəhbərliyin iclas təqvimini idarə etmək, düzgün şəkildə müvafiq iclasları təşkil etmək və görüşləri təyin etmək;
  • Daxil olan və göndərilən sənədlərin aidiyyatı üzrə bölüşdürülməsini həyata keçirmək;
  • Təqdimat və dövri hesabatların hazırlamasına dəstək göstərmək;
  • Direktorun göstərişi ilə direktor köməkçisi səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahə üzrə ən azı 1 il; 
  • Kompüter bacarıqları: Excel, Word, Outlook;
  • Dil bilikləri: Azərbaycan dili əla, rus dili, ingilis dili yaxşı səviyyədə;
  • Güclü ünsiyyət bacarığı;
  • Yüksək səviyyədə təşkilatçılıq və planlama bacarıqları;
  • Operativlik və komanda ilə işləmək bacarığı;
  • Problem həll etmə bacarığı;
  • Vaxtın idarə edilməsi;
  • Müsbət münasibət;
  • Güclü iş etikası;
  • Konfliktləri həll etmə bacarığı.


Oxşar vakansiyalar