Qəbələ,
Azərbaycan
23.08.23
-
22.09.23
İş haqqında məlumat
- İaşə şöbəsi üzrə bütün işçilərin hər zaman müştərilərə eksklüziv, peşəkar xidmətlər təqdim etməsini təmin etmək;
- Müştərilərə qida və içkiləri müəyyən edilmiş icra standardları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim edilməsini təmin etmək;
- Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onları başa çatdırmaq;
- İaşə şöbəsi üçün illik biznes planının hazırlanmasında iştirak etmək;
- İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq və müştərilərin yemək və içki sifarişlərini qəbul etmək;
- Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlərin görülməsi, daima yeniliklər edərək rəhbərliyə təkliflərin verilməsi;
- Zəruri sayıldıqda, şöbələr üzrə bölünməklə illik marketinq planının tərtib edilməsi, istifadəsi və yenilənməsində iştirak etmək;
- İaşə şöbəsinin kassa-ödəniş terminalından, POS sistemlərini, nağd pul əməliyyatlarını müəyyən edildiyi kimi istifadə etmək və prosesə nəzarət etmək;
- Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək;
- Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda çeviklik nümayiş etdirmək;
- İşçi heyəti arasında daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarətin edilməsi;
- Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və uyğun görüldükdə digər brend standartlarının icra olunmasını təmin etmək.
Tələblər
- Təhsil: Ali və ya orta ixtisas;
- Təcrübə: Qeyd edilən sahədə minimum 3-5 il;
- Dil bilikləri: Xarici dil bilikləri, rus və ingilis dillərini bilməsi;
- Kompüter bacarıqları: Ofis proqramlarından yaxşı istifadə vərdişləri olmalı, restoran proqramlarını mükəmməl bilməl;
- İctimai iaşə xidmətlərinin göstərilməsi qaydalarını bilməsi;
- Hoteldə iaşə istiqaməti üzrə “Otaq Xidməti” təcrübəsinin olması;
- Müştərilər ilə peşəkar ünsiyyət qurma bacarığı;
- Peşəkar və uyğun işgüzar görünüş və təqdimat;
- Əla təşkilatçılıq və inzibati bacarıqlar.
Otel, İaşə, Turizm
Turizm