Bakı,
Azərbaycan
29.07.24
-
28.08.24
İş haqqında məlumat
- Müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlayır, şirkət adından bağlanılan müqavilələrin hüquqi cəhətdən düzgün tərtib edilməsini və icra olunacaq işin predmetinə uyğunlaşdırılmasını təmin edir;
- Müqavilələrin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət edir;
- Bağlanmış müqavilələrin düzgün icra olunmasında şirkətin aidiyyəti strukturlarına hüquqi yardım göstərir;
- Təklifləri təhlil edir və müştərilər, təchizatçılar və işçilərlə məcburi hüquqi şərtlərin müqavilə şərtləri ilə və şirkətin siyasətinə uyğunluğunu təmin edir;
- Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatı həyata keçirir, normativ sənəd bazasını hazırlayır, zəruri dəyişiklikləri edir;
- Şirkətin mənafeyinin müdafiəsi tələb edilən işlər üzrə məhkəmələrdə baxılan işlərdə iştirak edir və onların etibarlı müdafiəsini təmin edir;
- Birbaşa tabe olduğu rəhbərin nəzarəti altında iddia ərizələrini, pretenziyalarını, məhkəmə aktlarından apelyasiya və müxtəlif tipli şikayətlərin hazırlanmasını təmin edir;
- Şirkət-daxili korporativ qaydaların, proseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir;
- Korporativ nömrə və danışıq balansı;
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 – 18:00.
Tələblər
- Yaş: 25-40;
- Təhsil: Ali hüquq;
- Kompüter bacarıqları: MS Office (Word, Excel, Outlook), 1C 8.3;
- Təcrübə: Müqavilələrlə işləmə təcrübəsi ən azı 1 il;
- Dil bilikləri: Azərbaycan dili yüksək, rus və ingilis dilləri yaxşı səviyyədə olmalı;
- Kommersiya hüququ bilikləri;
- Əsasən Mülki, Mülki Prosessual, Əmək, İnzibati Xətalar və baza vergi biliklərinə dair qanunvericiliyi;
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi;
- Korporativ İdarəetmə sisteminin əsasları, daxili korporativ sənədlərin işlənib hazırlanması təcrübəsi;
- Müxtəlif xarakterli işgüzar müqavilələr hazırlamaq, hazır və ya kontragentlərin təqdim etdiyi müqavilələrə təmsil etdiyi tərəfin maraqlarına cavab verən müvafiq əlavə, dəyişikliklərin edilməsi, hüquqi rəylərin tərtib edilməsi və s;
- Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərin tərtibatı;
- Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;
- Yaxşı analitik və peşəkar ünsiyyət, danışıqların aparılma bacarıqları.
Hüquqşünaslıq
Marketing və reklam
Elanın müddəti bitmişdir