Pera Plastik Qrup MMC

Hüquqşünas köməkçisi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
27.10.23 - 26.11.23

İş haqqında məlumat

  • Təşkilat daxili hüquqi sənədləşmə işlərində, hüquqi rəylərin verilməsində, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsində və hüquqşünaslar tərəfindən icra edilən digər işlərin icrasında hüquqşünaslara köməklik göstərmək;
  • Müqavilələrin, ərizələrin, məktubların digər bütün növ hüquqi ekspertiza tələb edən sənədlərin tərtib edilməsini və ya nəzərdən keçirilməsini təmin etmək və ya həmin işlərin icrasında hüquqşünaslara köməklik göstərmək;
  • Təşkilatın korporativ hüquqi sənədlərinə dəyişikliklərin, həmçinin filial və nümayəndəliklərin qeydiyyatının təmin edilməsi üçün zəruri olan işlərin icra edilməsi;
  • Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər məhkəmə sənədlərinin hazırlamasında və məhkəmə işinin aparılmasında hüquqşünaslara köməklik etmək;
  • Zərurət olduqda təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;
  • Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları tələb edilən qaydada icra etmək;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Təhsil: Ali (Hüquqşünaslıq üzrə bakalavr dərəcəsi);
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq, ingilis dilində danışıq və yazı qabiliyyətinə malik olmaq;
  • Kompüter bacarıqları: MS Office proqramlarını yaxşı bilmək;
  • Mülki, mülki prosesual və bank sahəsi üzrə qanunvericiliyi bilmək;
  • Zərurət olduqda məhkəmə proseslərinə iştirak etmək imkanına malik olmaq;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.


Oxşar vakansiyalar