Aztelekom

Hüquqşünas

Ə/h razılaşma ilə
Tam iş günü
Masallı, Azərbaycan
14.09.23 - 14.10.23

İş haqqında məlumat

  • Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
  • Filialdaxili əmr, təlimat, qayda, tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Dövlət orqanlarında şirkəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
  • Filialın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yarana biləcək hüquqi mübahisələrin tənzimlənməsi, mənafelərinin məhkəmələrdə və digər dövlət orqanlarında, eyni zamanda fiziki və hüquqi şəxslərə qarşı hüquqi müdafiəsini təmin etmək;
  • Şirkətin tərəf olduğu məhkəmə mübahisələrində iştirak etməklə, ona verilmiş səlahiyyətlər çərçivəsində şirkətin qanuni maraqlarının etibarlı müdafiəsini təmin etmək;
  • Mütəmadi olaraq rabitə xətt qurğularının zədələnməsinə qarşı görülən hüquqi tədbirləri təhlil etmək, nəticəsi barədə rəhbərliyə məlumatlar hazırlamaq, vurulmuş zərərin ödətdirilməsi (kompensasiya edilməsi) istiqamətində hüquqi tədbirlər görmək;
  • İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək;
  • İnzibati xəta üzrə və ya cinayət işləri üzrə icraatlar zamanı şirkəti təmsil etmək;
  • Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək;
  • İş yeri: Masallı rayonu əsas iş yeri olmaqla, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Astara rayonlarının və Lənkəran şəhərinin ərazisi.
  • Vakansiya Şamaxı, Ağdaş, Şirvan, Sumqayıt filialları üçün aktivdir.

Tələblər

  • Təhsil: Ali hüquq təhsili;
  • Təcrübə: Hüquq sahəsi üzrə ən azı 3 il;
  • Dil bilikləri: Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dillərini bilməsi arzuolunandır;
  • Kompüter bacarıqları: Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
  • Məhkəmə və icra orqanları ilə iş üzrə təcrübəsi olmalı;
  • Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
  • Müqavilələrlə iş təcrübəsi olmalı;
  • Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
  • Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
  • Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı;
  • İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.


Oxşar vakansiyalar