Daşkəsən Dəmir Filiz MMC
Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
10.08.23 - 09.09.23

İş haqqında məlumat

  • Mülki, kommersiya, əmək, cinayət, inzibati və prosessual hüquq, o cümlədən dövlət satınalmaları haqqında qanunvericiliyə dair müfəssəl biliklərə malik olmaq və düzgün tətbiq etmək;
  • Alqı-satqı, xidmət, satınalma və digər növdə olan əqdlərin layihələrini hazırlamaq, cəmiyyətin adından bağlanılan müqavilələr və onunla bağlı digər sənədlərə hüquqi rəy vermək, müqavilələrin qüvvədə olma müddətinə nəzarəti həyata keçirmək;
  • Dövlət orqanlarından və digər qurumlardan daxil olan sorğulara baxmaq və zəruri araşdırmanı apararaq cavablandırılması prosesində iştirak etmək;
  • Bütün dövlət idarəetmə, notariat, məhkəmə, hüquq-mühafizə və icra orqanlarında, o cümlədən digər hüquqi və fiziki şəxslər qarşısında cəmiyyəti təmsil etmək;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində baxmaq, zərurət olduqda araşdırma aparmaq və nəticələri barədə məktub layihələrinin hazırlanmasını təmin etmək;
  • Cəmiyyətin fəaliyyəti çərçivəsində zəruri olan, o cümlədən digər struktur bölmələrin müraciəti və ya cəmiyyət rəhbərliyinin tapşırığına əsasən hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
  • Struktur bölmələrə hüquqi dəstəyin göstərilməsini təmin etmək;
  • Şöbənin fəaliyyəti ilə əlaqədar olaraq statistik və digər hesabatların hazırlanmasında iştirak etmək;
  • Rəhbərlik tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək;
  • Ezamiyyə imkanları (zəruri hallarda);
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Korporativ hüquqşünas sahəsi üzrə minimum 2 il;
  • Kompüter bacarıqları: MS Office proqramlarında sərbəst işləyə bilmək;
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək (rus dili arzuolunandır);
  • Mülki, vergi, gömrük, inzibati xətalar məcəllələrini, əmək, qanunvericiliyi barədə biliklərə malik olmaq;
  • Peşəkar ünsiyyət psixologiyasını bilmək;
  • Korporativ idarəetmə sisteminin əsaslarını və Korporativ mədəniyyətin əsaslarını bilmək;
  • Sahəsinə aid olan sənədləri tərtib edə bilmək;
  • Analitik düşünmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • İşgüzar və hüquqi yazışma bacarığı;
  • İşin planlaşdırılması bacarığı;
  • Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
  • Yaradıcı və təşəbbüskar olmaq.


Oxşar vakansiyalar