Cyberpoint

Hüquqşünas

1500 - 2000 ₼
Tam iş günü
Bakı, Azərbaycan
19.05.23 - 18.06.23

İş haqqında məlumat

  • Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi, öhdəliklərin müəyyən və analiz edilməsi, nəzarət mexanizminin həyata keçirilməsi;
  • Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həlli;
  • Aidiyyatı məsələlərə dair rəylərin hazırlanması;
  • Müvafiq  dövlət orqanlarına sənədlərin hazırlanması;
  • Şirkətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların daima izlənməsi və dəyişikliklər barədə məlumatlı olmaq;
  • Rəhbərlik tərəfindən həvalə edilən digər vəzifələri icra etmək;
  • İş qrafiki: 5 günlük.

Tələblər

  • Təhsil: Ali (hüquq sahəsi üzrə);
  • Təcrübə: Müvafiq sahdə 3-5 il (kommersiya təşkilatlarında təcrübəli olan namizədlərə üstünlük verilir);
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərini əla bilmək (rus dili arzuolunandır);
  • Kompüter bacarıqları: Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
  • Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktları;
  • İşgüzar yazışma əsaslarını bilmək;
  • Sahəsinə aid olan sənədləri tərtib edə bilmək.


Elanın müddəti bitmişdir