Cyberpoint

Hüquqşünas

1500 - 1800 ₼
Tam iş günü
Bakı, Azərbaycan
06.02.23 - 08.03.23

İş haqqında məlumat

  • Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi, öhdəliklərin müəyyən və analiz edilməsi, nəzarət mexanizminin həyata keçirilməsi;
  • Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həlli;
  • Aidiyyatı məsələlərə dair rəylərin hazırlanması;
  • Müvafiq dövlət orqanlarına sənədlərin hazırlanması;
  • Şirkətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların daima izlənməsi və dəyişikliklər barədə məlumatlı olmaq;
  • Rəhbərlik tərəfindən həvalə edilən digər vəzifələri icra etmək;
  • Sahəsinə aid olan sənədləri tərtib edə bilmək;
  • İş qrafiki: 5 günlük.

Tələblər

  • Təhsil: Ali təhsil (hüquq sahəsi üzrə);
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərini əla bilmək (rus dili arzuolunandır);
  • Kompüter bacarıqları: Ofis proqramları (MS Word, Excel, PowerPoint,Outlook) ilə sərbəst işləmək bacarığı;
  • Təcrübə: Müvafiq sahədə 3-5 il iş təcrübəsi, kommersiya təşkilatlarında təcrübəli olan namizədlərə üstünlük verilir;
  • Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar;
  • İşgüzar yazışma əsaslarını bilmək.


Elanın müddəti bitmişdir