Bakı,
Azərbaycan
05.03.25
-
05.04.25
İş haqqında məlumat
- Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlılığının təmin edilməsi;
- Məhkəmə qərarlarının icra edilməsinə nəzarət və dəstəyin verilməsi;
- İcra mərhələsində ərizələrin aidiyyəti üzrə təqdim edilməsi və müraciətin icra edilməsinin təmin edilməsi;
- Qərarların icrasının təmin edilməsi üzrə işlər görülməsi, icra məmurları ilə mütəmadi olaraq əlaqə saxlanılması, icraatda olan işlərin cari vəziyyəti ilə əlaqədar məlumatların alınması, icra hərəkətlərinin aparılmasının təmin edilməsi;
- Borclulara qarşı ödəniş məqsədi ilə məcburi icra tədbirlərinin görülməsinin təmin edilməsi, borcluların əmək haqqına yönəldilməsi, borclularla ödənişin təmin edilməsi üçün müvafiq danışıqların aparılması;
- İcra işləri şöbəsinin rəhbəri tərəfindən həmçinin PKİD (problemli kreditlərin idarə edilməsi departamentinin) rəhbəri tərəfindən tapşırılmış vəzifələrin yerinə yetirilməsi həmçinin qoyulmuş hədəflərə çatmaq, təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
- Əmək haqqına mükafat və əlavə bonuslar;
- Korporativ nömrəylə təmin edilmə;
- Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
- Karyera və inkişaf perspektivləri;
- Əmək haqqı: AZN + bonus sistemi;
- İş qrafiki: həftə içi 5 gün, 09:00-18:00 (Bazar ertəsi - Cümə);
- Şənbə və bazar istirahət;
- Nahar fasiləsi: 13:00–14:00.
Tələblər
- Ali təhsil (hüquq təhsili və ya icra şöbəsində 1 ildən artıq iş təcrübəsi);
- Müvafiq iş sahəsində 2-3 il iş təcrübəsi olmalı və məhkəmə qərarlarının icrası sahəsində və ya icra şöbələrində 1 il iş təcrübəsi olmalı;
- Azərbaycan Respublikası İcra haqqında qanunu bilməli;
- Ofis proqramlarında işləmə bacarığı (Word, Excel və.s);
- Kollektivdə işləmə qabiliyyəti olmalı;
- Şirkətdaxili nizam-intizam qaydalarına riayət etməli;
- Rayonlar üzrə ezamiyyələrə getməyə hazır olmalı;
- Azərbaycan dilində səlis danışıq bacarığı (rus dili arzuolunandır).
Hüquqşünas
Peşəkar xidmətlər