VMF Company

Hüquqşunas

Ə/h razılaşma ilə 109
Tam iş günü
Bakı, Azərbaycan
06.11.24 - 06.12.24

İş haqqında məlumat

  • Müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlayır, Şirkət adından bağlanılan müqavilələrin hüquqi cəhətdən düzgün tərtib edilməsini və icra olunacaq işin predmetinə uyğunlaşdırılmasını təmin edir;
  • Müqavilələrin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət edir;
  • Bağlanmış müqavilələrin düzgün icra olunmasında Şirkətin aidiyyəti strukturlarına hüquqi yardım göstərir;
  • Təklifləri təhlil edir və müştərilər, təchizatçılar və işçilərlə məcburi hüquqi şərtlərin müqavilə şərtləri ilə və Şirkətin siyasətinə uyğunluğunu təmin edir;
  • Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatı həyata keçirir, normativ sənəd bazasını hazırlayır, zəruri dəyişiklikləri edir;
  • Şirkətin mənafeyinin müdafiəsi tələb edilən işlər üzrə məhkəmələrdə baxılan işlərdə iştirak edir və onların etibarlı müdafiəsini təmin edir;
  • Birbaşa tabe olduğu rəhbərin nəzarəti altında iddia ərizələrini, pretenziyalarını, məhkəmə aktlarından apelyasiya və müxtəlif tipli şikayətlərin hazırlanmasını təmin edir;
  • Şirkət-daxili korporativ qaydaların, proseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir;
  • İş qrafiki : 6 günlük;
  • İş saataları 09:30-18:30 qədər;
  • Ünvan : Yasamal r. N.Nərimanov 5.

Tələblər

  • Cins : Xanım, Kişi;
  • Təhsil: Ali;
  • Yaş həddi : 35 +;
  • Aydın nitq, ünsiyyətçil , xoş görünüş və təqdimat qabiliyyəti;
  • Xarici Dil bilikləri : Rus dili;
  • Yüksək işgüzarlıq qabiliyyəti və komandada işləmə bacarığı;
  • Güclü ünsiyyət bacarıqları;
  • Problemlərin həll edilməsi bacarığı;
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.