Saloglu

Hüquqşünas

Ə/h razılaşma ilə 0
Tam iş günü
Qazax, Azərbaycan
23.09.24 - 23.10.24

İş haqqında məlumat

  • Alqı-satqı, podrat, xidmət, satınalma və digər növ əqdlərin layihələrini hazırlamaq;
  • Müəssisənin adından bağlanılan müqavilələrin və onunla əlaqədar sənədlərin hüquqi ekspertizasını həyata keçirmək, müqavilənin icrasına (müddətlərə ,qüvvədə olma və s.) nəzarəti həyata keçirmək;
  • Dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə, o cümlədən hüquqi məslələrə dair vətəndaşlar və Müəssisənin əməkdaşları tərəfindən
    ünvanlanan müraciətlərə (ərizə, sorğu və şikayətlərə) aidiyyəti üzrə baxmaq və zəruri araşdırmanı apararaq cavablandırılması üçün məktub layihələrinin hazırlanması
    prosesində iştirak etmək;
  • Zərurət olduqda müəssisəni dövlət idarəetmə, notariat, mediasiya, məhkəmə, hüquq-mühafizə və digər icra orqanlarında, o cümlədən digər hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək; 
  • Müəssisənin fəaliyyəti çərçivəsində zəruri olan, o cümlədən digər struktur bölmələrin müraciəti və ya Şöbə rəhbərinin tapşırığına əsasən hüquqi məsələlərə dair rəylərin hazırlanmasını təmin etmək; 
  • Müəssisədaxili normativ sənədlərin, o cümlədən Müəssisə üçün zəruri olan normativ hüquqi aktların layihələrinin hazırlanması işində iştirak etmək;
  • Müəssisənin struktur bölmələrinə hüquqi dəstəyin göstərilməsini təmin etmək;
  • Müəssisə rəhbərinin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri
    yerinə yetirmək;
  • Əlaqə nömrəsi: 051 270 32 85.

Tələblər

  • Ali hüquq təhsilli;
  • Korporativ hüquq sahəsi üzrə minimum 3 (üç) il iş təcrübəsinə malik olmaq;
  • Mülki, Vergi, Gömrük, İnzibati xətalar Məcəllələrini, Əmək, qanunvericiliyi barədə biliklərə malik olmaq;
  • Peşəkar ünsiyyət psixologiyasını bilmək;
  • Korporativ idarəetmə sisteminin əsaslarını və Korporativ mədəniyyətin əsaslarını bilmək;
  • Sahəsinə aid olan sənədləri tərtib edə bilmək;
  • Azərbaycan, rus və ingilis dillərini əla, səviyyədə bilmək.
  • Analitik düşünmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • İşgüzar və hüquqi yazışma bacarığı;
  • İşin planlaşdırılması bacarığı;
  • Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
  • Yaradıcı və təşəbbüskar olmaq;
  • MS Office proqramlarında sərbəst işləyə bilmək.

Elanın müddəti bitmişdir