ModulX

Hüquqşünas

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
17.04.24 - 17.05.24

İş haqqında məlumat

  • Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi sənədlərin layihələrini hazırlamaq;
  • Şirkətin bölmələrindən daxil olmuş müraciətlər əsasında mülki-hüquqi müqavilə layihələrinin hazırlanmasını təmin etmək;
  • Məhkəmələrdə şirkəti təmsil etmək;
  • Şöbənin icraatında olan işlərə qanunvericiliyin tələbinə uyğun şəkildə baxılması, rəy verilməsi və icrası ilə əlaqədar müvafiq sənədlərin layihələrinin hazırlanmasını təmin etmək;
  • Qanunvericiliyin tətbiqi ilə bağlı yaranmış məsələlərə münasibət bildirilməsi məqsədilə daxil olmuş müraciətlərə (sorğulara) və cavab məktublarının layihələrinə baxmaq, həmin layihələrə münasibət bildirmək;
  • Hüquqi təminat, hüquqi təhlil və ekspertiza işlərini yerinə yetirmək;
  • Peşə hazırlığının və ixtisaslarının artırılması istiqamətində görülən tədbirlərdə iştirak etmək;
  • Vəzifə və funksiyalarına uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını təmin etmək;
  • Qərar, əmr, sərəncam, müqavilə, məktub, digər hüquqi akt və sənəd layihələrinə qanunvericiliyin və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə baxmaq, həmin layihələrə münasibət bildirmək;
  • İş qrafiki: 5 günlük.

Tələblər

  • Təhsil: Hüquq üzrə ali təhsil;
  • Təcrübə: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: Microsoft Office (MS Word, MS Excel, MS Outlook) proqramlarını orta səviyyədə bilməli;
  • Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməli (rus və ingilis dilləri arzu olunandır);
  • AR Mülki, Mülki-prosessual, Əmək, Cinayət, İnzibati xəta, Vergi Məcəllələrin,Gömrük Qanunvericiliyi üzrə peşəkar bilikləri, AR inzibati və inzibati prosessual qanunvericiliyi, və normativ-hüquqi aktlarını bilməli;
  • Komanda ilə işləmək bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar