Azerbaijan Energy Regulatory Agency

Hüquqi təminat və təhlil şöbəsinin baş mütəxəssisi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
25.01.24 - 24.02.24

İş haqqında məlumat

  • Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra - müvafiq sahədə) normativ-hüquqi aktların, normativ xarakterli aktların və Agentliyin fəaliyyəti ilə bağlı digər hüquqi sənədlərin layihələrini hazırlayır və ya hazırlanmasında iştirak edir;
  • İcraatına daxil olan Azərbaycan və rus və ya ingilis dillərində sənədlərin müvafiq sahədə hüquqi ekspertizasını keçirib rəy verir, sorğular əsasında hüquqi məsələlər üzrə araşdırma apararaq Azərbaycan və rus və ya ingilis dillərində arayışlar hazırlayır, təklif və rəylər verir;
  • Agentliyin təşkilati-sərəncamverici aktı ilə nəzərdə tutulduğu halda hüquqi ekspertizasını keçirdiyi sənədlərə viza verir;
  • Müvafiq sahə üzrə yaradılan işçi qruplarda, habelə rəsmi görüşlərdə iştirak edir;
  • Müvafiq sahədə dövlət nəzarət tədbirlərinin həyata keçirilməsində hüquqi yardım göstərir;
  • Şöbə müdirinin göstərişi ilə müvafiq sahədə hesabatlar, arayışlar və rəylər hazırlayır, hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər verir;
  • Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər göstərişləri yerinə yetirir;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş yeri: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.

Tələblər

  • Yaş: 25-dən az olmamalı;
  • Təhsil: Ali (hüquqşünaslıq);
  • Təcrübə: İxtisası üzrə azı 3 il iş stajı (normativ hüquqi aktlarla iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
  • Kompüter bacarıqları: Microsoft Office proqramlarında işləmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərindən birini B1 səviyyəsində bilməlidir;
  • İnzibati hüquq, mülki hüquq, prosessual hüquq, əmək hüququ və beynəlxalq hüquq sahələri, habelə energetika hüququ institutu üzrə peşəkar bilik və bu sahələrdən birində və ya bir neçə üzrə təcrübəyə malik olmalı;
  • Qanunvericilik texnikasını bilməli və bu sahədə təcrübəyə malik olmalı;
  • Problemlərin həlli və razılığın əldə edilməsi bacarığı.


Elanın müddəti bitmişdir