Bakı,
Azərbaycan
27.07.23
-
26.08.23
İş haqqında məlumat
- Agentliyin fəaliyyəti ilə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir, habelə hüquqi aktların hüquqi ekspertizasını həyata keçirir;
- İcraatına daxil olan hüquqi sənədlərə və məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar, hesabatlar və arayışlar verir;
- Hazırlanmasında və ya razılaşdırılmasında iştirak etdiyi sənədlərə, habelə səlahiyyətlərinə aid məsələlər üzrə viza verilməsi üçün təqdim edilən sənədləri qanunvericiliyin tələblərinə uyğunluğu baxımından yoxlayır və viza verir;
- Agentliyi aidiyyatı üzrə məhkəmələrdə təmsil edir;
- İnzibati xətalar haqqında işlər üzrə icraata başlama, inzibati xəta haqqında işlərin baxılmağa hazırlanması və inzibati xətalar haqqında işlər üzrə icraatla bağlı digər məsələlər barəsində rəy, təklif verir;
- İşçi qruplarda və rəhbərlik tərəfindən cəlb edildiyi beynəlxalq konfrans, seminar və digər tədbirlərdə iştirak edir;
- Vəzifəsi üzrə şöbə müdiri və sektor müdiri tərəfindən verilən digər göstərişləri yerinə yetirir;
- İş yeri: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.
Tələblər
- Yaş: 25-45;
- Təhsil: Ali (hüquqşünaslıq);
- Təcrübə: İxtisası üzrə azı 3 il;
- Kompüter bacarıqları: Microsoft Office proqramlarında işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dilini səlis bilməli, rus və ingilis dilləri arzuolunandır;
- Problemlərin həlli və razılığın əldə edilməsi bacarığı.
Hüquqşünaslıq
Kommunal xidmətlər