Bakı,
Azərbaycan
25.10.23
-
24.11.23
İş haqqında məlumat
- Sektorun fəaliyyətini təşkil etmək, sektorun işçiləri arasında iş bölgüsünü müəyyən etmək;
- Ona verilmiş səlahiyyətlər çərçivəsində cəmiyyəti təmsil etmək;
- Şöbə müdirinin və şöbə müdiri müavininin tapşırığına uyğun olaraq baxış üçün təqdim edilmiş cəmiyyətdaxili İMS sənədlərinin layihələrinin qanunvericiliyin və cəmiyyətdaxili normativ sənədlərin tələblərinə uyğun tərtib edilməsini yoxlamaq və bu istiqamətdə rəy bildirməsini təmin etmək;
- Əqli mülkiyyət sahəsində zəruri işlərin görülməsini icra olunmasına nəzarət etmək;
- Sektorun səlahiyyətlərinə daxil olan məsələlər üzrə və öz səlahiyyəti çərçivəsində dövlət orqanı, qurumlarından, hüquqi və ya fiziki şəxslərdən daxil olan, o cümlədən bu istiqamətlərdə cəmiyyətin adından göndərilən məktub, sorğu və müraciətləri qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət etmək şərti ilə yoxlanılmasına nəzarət etmək, zəruri hallarda nəticəsi barədə rəhbərinə məruzə etmək;
- Tapşırığa uyğun olaraq cəmiyyətin fəaliyyəti ilə bağlı olan müxtəlif mövzularda hüquqi arayış və məlumatları hazırlamaq, eləcə də hazırlanmasına nəzarət etmək və nəticələrini aidiyyəti üzrə təqdim etmək;
- Cəmiyyətin iş nomenklaturuna daxil edilməsi nəzərdə tutulan sənədlər siyahısının hazırlanmasını və siyahının təkmilləşdirilməsini təmin etmək;
- Hesabatlılığın təmin edilməsi məqsədi ilə müxtəlif məzmunlu reyestrlərin və bu qəbildən olan digər sənədlərin icra edilməsinə nəzarət etmək;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq sahə üzrə ən azı 4 il, idarəetmə təcrübəsi ən azı 2 il;
- Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dilləri yaxşı;
- Kompüter bacarıqları: Microsoft Office və ERP üzrə işləmək bacarığı;
- Əməkdaşlıq, məsuliyyətlilik, düzgün analiz bacarıqları, konfliktlərin idarəolunması, təşəbbüskarlıq, planlaşdırma və təşkiletmə, liderlik bacarıqları.
- Vakansiya ilə maraqlanan şəxslər https://careers.azergold.az/vakansiya/sektor-mudiri-huquq-sobesi-normativ-huquqi-teminat-sektoru-1 linkinə keçid edərək müraciət edə bilər.
Hüquqşünaslıq
Peşəkar xidmətlər