"Azərbaycan Universiteti" MMC

Humanitar fənlər fakültəsinin dekanı

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
01.03.23 - 31.03.23

İş haqqında məlumat

  • Fakültədə təlim-tədris işlərinə rəhbərlik etmək;
  • Fakültənin tədris ilinə hazırlıq vəziyyətinə nəzarət etmək;
  • Fakültədə fəaliyyət göstərən professor-müəllim və tələbə heyətinin iştirakı ilə fakültənin hədəflərini müəyyənləşdirmək;
  • Tədrisin keyfiyyətinə nəzarəti təşkil etmək, kafedra müdirləri ilə birgə dərslərin dinlənilməsi və müzakirəsini həyata keçirmək;
  • Tədris intizamına nəzarəti təşkil etmək;
  • Tədris ili üzrə akademik qrupların və birləşmələrin bölgüsünü təmin etmək;
  • Dərs (auditoriya və auditoriyadan kənar) və imtahan cədvəllərinin vaxtında və düzgün tərtib edilməsinə nəzarət etmək;
  • Fənn jurnallarının vaxtında və düzgün doldurulmasına, mütəmadi olaraq yoxlanılmasına nəzarət etmək;
  • Fakültədə tədris olunan fənlər üzrə kollokviumların müvafiq qaydalara uyğun olaraq keçirilməsinə nəzarət etmək;
  • Tələbələrin dərsə davamiyyətinə nəzarət etmək;
  • Tələbələri universitetdən xaric və universitetə bərpa edilməsi, müvafiq intizam tədbirinin tətbiq edilməsi ilə bağlı rektora təqdimatlar vermək;
  • Tələbələrin imtahanlarının gedişinə nəzarət etmək;
  • Dekan müavini ilə birgə imtahan sessiyasının nəticələrinə dair hesabat hazırlamaq, müzakirədən keçirmək və təhlilini təşkil etmək;
  • Tələbələrin istehsalat və diplomqabağı təcrübəsinin gedişatına nəzarət etmək;
  • Tələbələrin müqavilə öhdəliklərini vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
  • Tədris prosesinin proqram, dərslik, dərs vəsaitləri ilə təminatının yaxşılaşdırılması istiqamətində kafedralarla birgə iş aparmaq, tədrisin keyfiyyətinin artırılmasına dair rəhbərliyə təkliflər vermək;
  • Fakültənin inkişafı ilə bağlı beynəlxalq təcrübəni araşdırmaq və bununla bağlı rəhbərliyə təkliflər vermək;
  • Dekanlıqda fəaliyyət göstərən işçilərin əmək, icra və xidmət intizamına nəzarət etmək, onlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, inkişafı üçün şərait yaratmaq;
  • Fakültənin (dekanlığın) fəaliyyətinin təşkili ilə əlaqədar təkliflər vermək;
  • Öz vəzifələrini yerinə yetirmək üçün struktur bölmələrdən lazımi məlumatları (konfidensial hesab edilən məlumatlar istisna olmaqla) almaq;
  • Fakültəyə (dekanlığa) aid məsələlərin müzakirəsində iştirak etmək;
  • Əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

Tələblər

  • Dil bilikləri: Azərbaycan dili (rus və ingilis dili arzuolunandır);
  • Sertifikatlar: İngilis dili səviyyəsini müəyyən edən beynəlxalq keyfiyyət sertifikatı (arzuolunandır);
  • Təcrübə: 5 (beş) ildən az olmayaraq elmi-pedaqoji əmək stajı;
  • Kompüter bacarıqları: MS Office proqramları;
  • Azərbaycan Respublikasının təhsil qanunvericiliyini;
  • Sosial-iqtisadi inkişaf tələblərinə uyğun bilik və bacarığa malik mütəxəssis yetişdirməsinə olan tələbləri;
  • Ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını;
  • Tədris-tərbiyə sahəsində innovativ təcrübələri;
  • Tələbələrlə ünsiyyətin qurulmasını, tələbələrin tərbiyəsi və istirahəti üçün tədbirlərin təşkili işini.
  • Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.


Elanın müddəti bitmişdir