Bakı,
Azərbaycan
15.08.23
-
14.09.23
İş haqqında məlumat
- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi ilə bağlı sənədlərin rəsmiləşdirilməsi;
- Elektron Hökumət Portalında işə qəbul, işdən azad və vəzifə dəyişikliyinin edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydə alınması;
- Müvafiq proqramda işçilərin məlumatlarının uçotu, dəyişdirilməsi və müxtəlif növ əmrlərin hazırlanması;
- İşçilərin məzuniyyət, ezamiyyə, icazə sənədlərinin, xəstəlik vərəqələri üzrə sənədlərin, protokolların hazırlanması;
- Vakant yerlərə uyğun namizedlerin axtarılması, görüşlərin keçirilməsi;
- İş qrafiki: 6 günlük;
- İş saatı: 08:00 - 18:00;
- İş yeri: Zabrat 2 qəsəbəsində yerləşir.
Tələblər
- Təhsil: Bakalavr (biznesin idarəedilməsi, iqtisadiyyat, psixologiya, insan resurslarının idarəedilməsi);
- Təcrübə: Müvafiq sahə üzrə 1-3 il;
- Kompüter bacarıqları: MS Office (Excell, Word, Power Point) kompüter proqramlarını yaxşı səviyyədə bilmək, 1C proqramı üzrə biliklər arzuolunandır;
- AR Əmək Məcəlləsini əla səviyyədə bilmək;
- ƏMAS və İSB portallarında işləmək bacarığı;
- Yüksək ünsiyyət qurmaq bacarıqları;
- Operativ işləmə bacarığı.
- Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər.
İnsan resursları
Ticarət