Bakı,
Azərbaycan
08.07.24
-
07.08.24
İş haqqında məlumat
- Maliyyə əməliyyatları üzrə verifikasiya, hesablaşmalar, tutuşdurmaların və araşdırmaların aparılması;
- Müfəssəl hesabatların hazırlanması;
- İnvestisiya vəsaitinin idarə edilməsi ilə bağlı məlumatların sistemə gündəlik daxil edilməsi və yenilənməsi daxil olmaqla investisiyaların uçotunun aparılması;
- Maliyyə üzrə əməliyyatlarının optimallaşdırılması üçün xüsusi daxili sistemlərdən istifadə edilməsi;
- Səmərəlilik və dəqiqliyi təmin etmək üçün interfeyslər üzrə məlumatların işlənməsi;
- Qərarvermə üzrə müvafiq tədbirləri təmin etmək üçün brokerlər, banklar, daxilolmalar, “default”lar üzrə statistik məlumatların təqdim olunması;
- Kastodial bankın və menecerlərin hesab-fakturalarındakı hesablamaların yoxlanılması;
- Uyğunluq və dəqiqliyi təmin etmək şərtilə hesabların açılmasına dair sənədləşmənin həyata keçirilməsi.
Tələblər
- Təhsil: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat sahələri üzrə ali təhsil mütləqdir (Maliyyə və ya hesabatlılıq üzrə ixtisaslaşmalara üstünlük verilir);
- Dil bilikləri: İngilis dilini səlis səviyyədə bilmək tələb olunur;
- Müvafiq sahə üzrə ali təhsili (yüksək akademik göstəricilər ilə) yeni bitirmiş və karyera yolunu Azərbaycan Respublikası Dövlət Neft Fondunda başlamaq istəyən məzunları müraciət etməyə dəvət edirik;
- Kompüter bacarıqları: Namizədlər MS Excel üzrə dərin biliklərə malik olmalıdırlar;
- Maliyyə müxabirləşmələri üzrə biliklər vacib, BNYM və/və ya Bloomberg üzrə biliklər arzuolunandır. SWIFT üzrə biliklər üstünlükdür.
Maliyyə
Neft və qaz
Elanın müddəti bitmişdir