Daşkəsən Dəmir Filiz MMC

Hesabatlılıq üzrə baş mütəxəssis

Ə/h razılaşma ilə 57
Tam iş günü
Bakı, Azərbaycan
27.06.24 - 27.07.24

İş haqqında məlumat

  • Cəmiyyətin büdcə planının hazırlanması və təsdiqlənməsini təmin etmək;
  • Balans, mənfəət və zərər, nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
  • Xarici qurumlara rüblük hesabatlar göndərmək və göstəricilər üzrə izahlar vermək;
  • Xərclər üzrə Cəmiyyət daxili şöbələrlə müzakirələr aparmaq və smeta göstəricilərinə əsasən qərarları formallaşdırmaq;
  • Cəmiyyətin maliyyə strategiyasının və onun maliyyə sabitliyinin təməlinin hazırlanmasını təmin etmək;
  • Lazımi hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatını təmin etmək;
  • Biznes planlarının tərtibatı üçün materialları hazırlamaq;
  • Struktur bölmələrin təqdim etdiyi büdcə layihələrinin təhlil edilməsi;
  • Büdcə xərclərinin səmərəliliyinin təhlilini aparılması və səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi;
  • Şirkətin daxili normativ sənədləri ilə müəyyən olunmuş müddətlərdə ilin hər rübü üzrə büdcənin icra vəziyyətini təhlil etməklə növbəti dövrlərin büdcələrinə düzəlişlər etmək üçün təkliflər verilməsi;
  • Maliyyə hesabatlarının hazırlanması;
  • Şirkətin hesabatlılıq sisteminin dəqiqliyinin və dolğunluğunun təmin edilməsində iştirak edilməsi;
  • Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsi;
  • Şirkətin rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi;
  • Rəhbərlik və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;
  • Ezamiyyə imkanları (zəruri hallarda);
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Bakı şəhəri, Xətai rayonu,Yeryomenko 73.

Tələblər

  • Təhsil: Maliyyə ixtisası üzrə ali təhsil; 
  • Təcrübə: Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi, ACCA, CIMA, CFA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlar;
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri arzuolunandır;
  • Kompüter bacarıqları: Microsoft Office proqramları;
  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar