Alphakids

Həkim psixoloq

400 - 800 ₼
Tam iş günü
Bakı, Azərbaycan
09.05.23 - 08.06.23

İş haqqında məlumat

  • Uşaqların məktəbəqədər təhsilə psixoloji cəhətdən hazırlığını diaqnostoka edərək onların baxçaya qəbul edilməsində iştirak edir və psixoloji müayinə edir;
  • Uşaqların psixi sağlamlığının bərpası və şəxsiyyətinin inkişafında olan pozuntuların korreksiyası yönümündə iş aparır,
  • Uşaqların şəxsiyyətinin harmonik inkişafına mane olan və yaxud onu çətinləşdirən cəhətləri aşkar edir;
  • Psixodiaqnostik iş zamanı psixi cəhətdən inkişaf edən uşaqları, effektiv-emosional pozuntulara və pis davranışlara meyilli olan uşaqları habelə ümumi və xüsusi istedadı olan uşaqları üzə çıxarır, qruplarda sosial-psixoloji mühiti tədqiq edir;
  • Uşaqlarla psixoprofilaktiki və psixokorreksiya işlərini aparır və psixoloji məsləhətlər verir;
  • Həkim psixoloq müəllimlərlə birgə uşaqların fərdi keyfiyyətlərini nəzərə alan konkret proqram işləyib hazırlayır və onun həyata keçirilməsini təmin edir;
  • Uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı bağçanın müdiriyyətinə, müəllimlərinə və valideynlərinə məlumat verir;
  • Uşaqlarla ayrı-ayrılıqda təlim, inkişaf, həmyaşıdları ilə qarşılıqlı münasibətləri, özünütərbiyə məsələləri ilə bağlı məsləhətlər verir;
  • Nahar bağça tərəfindən təmin edilir;
  • İş qrafiki: 5 günlük;
  • İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küç.203-cü məhəllə ünvanında yerləşən körpələr evi-uşaq baxçası.

Tələblər

  • Yaş: 25-40;
  • Təhsil: Ali (müvafiq ixtisas üzrə);
  • Təcrübə: Bağçada iş təcrübəsinin olması arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan və ingilis dilini bilməli;
  • Kompüter bacarıqları: Microsoft Office (MS Word, MS Excel) proqramlarını əla səviyyədə bilməli;
  • Əmək, ailə qanunvericiliyini, səhiyyə və təhsil sahəsinə aid qanunvericilik aktlarını bilməli;
  • Pedaqogika, sosial, və müxtəlif yaş qruplarına aid uşaq psixologiyasını bilməli;
  • Gigiyenanın əsaslarını, uşaqların həyatının qorunması və onların səhhətinin möhkəmləndirilməsi işini eləcədə, təlim-tərbiyə işinin təşkilini bilməlidir;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, peşəkar ünsiyyət psixologiyasını bilməlidir.


Elanın müddəti bitmişdir