Bakı,
Azərbaycan
07.10.24
-
07.11.24
İş haqqında məlumat
- Həkim-laborant ona həvalə edilmiş öhdəliklərə müvafiq olaraq laboratoriya tədqiqatlarını aparır;
- Analitik və diaqnostik cəhətdən etibarlı metodların istifadəsini təmin edir;
- Tədqiqatların yeni metodlarının və avadanlıqların öyrənilməsi və tətbiqində iştirak edir;
- Digər ixtisaslı həkimlərə laboratoriya diaqnostikası məsələləri üzrə məsləhətlər verir;
- Müalicə-profilaktika müəssisəsinin müalicə bölmələrinin heyəti üçün bioloji materialın götürülməsi və laboratoriyaya çatdırılması qaydaları üzrə tövsiyələr tərtib edir;
- Laboratoriya tədqiqatlarının nəticələrinin aydınlaşdırılmasında iştirak edir;
- Tədqiqatların keyfiyyətinə laboratoriyadaxili və laboratoriyadan kənar nəzarətin aparılması üzrə tədbirləri həyata keçirir;
- Tibbi və digər sənədlərin, laboratoriya jurnallarının, o cümlədən laboratoriya tədqiqatları üzrə sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir;
- Müasir laborator diaqnostika üsullarına əsaslanaraq, laborator müayinələrin yüksək keyfiyyətlə və müəyyən olunmuş vaxtda icra olunmasını təmin edir;
- Laboratoriyada tətbiq ediləcək yeni müayinə üsulları haqqında personal üçün dolğun məlumat və yeni üsullar barədə laborator şərhlər hazırlayır;
- Mərkəzin personalına biomaterialların götürülməsi, saxlanması və daşınmasına dair tövsiyyələr verir;
- Kritik nəticələrlə bağlı müvafiq təlimata uyğun tədbirlər həyata keçirir, qeydlər aparır;
- İş qrafiki: həftənin 6 günü (günlük 6 saat, həftəlik 36 saat);
- İllik məzuniyyət – 36 gün;
- Əmək haqqı yüksəkdir;
- İşçi illik check up paketi ilə təmin olunurİşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur;
- Şirkət daxili təlim və inkişaf imkanları.
Tələblər
- Ali tibbi təhsil (rezidentura - laboratoriya işi yaxud mikrobiologiya ixtisası üzrə);
- İş təcrübəsi minimum 3 il;
- Müasir laboratoriya avadanlıqları ilə işləmə bacarığı;
- Məsuliyyətli və komandada işləmə bacarığı.
Tibb digər
Səhiyyə xidmətləri
Elanın müddəti bitmişdir