Xırdalan,
Azərbaycan
13.06.24
-
13.07.24
İş haqqında məlumat
- İşçilərin sağlamlığının pozulması hallarının statistikasının aparılması və müəyyən edilmiş müddətlərdə bu barədə hesabatların hazırlanması;
- Ambulator və stasionar müalicədə olmuş işçilərin xəstəlik tarixləri və diaqnozları barədə məlumatların toplanması;
- Peşə xəstəliyi ehtimalı (simptomları) olan işçilərin müəyyən edilməsi istiqamətində profilaktiki tədbirlərin (o cümlədən tibbi müəssisələrdə yoxlama yolu ilə) yerinə yetirilməsi;
- Müalicədən (Ambulator və ya stasionar) qayıdan işçilərin müəyyən zaman kəsiyində nəzarətdə saxlanması;
- İşçilərə vaxtaşırı, mövsumi olaraq, iş yerlərində və məişətdə sanitar gigiyenik norma və qaydalar haqqında məsləhətlər vermək, həmçinin treninqlər keçirmək;
- İş vaxtı işçilərin səhhətinin pozulması səbəblərini müəyyən etmək, bu səbəblərin aradan qaldırılması üzrə tədbirlər yerinə yetirmək
- Səhhəti pozulmuş, yaxud xəsarət almış işçilərə ilkin tibbi yardım göstərmək və səhhətin pozulması (vurulmuş xəsarət) haqqında hadisə yerinə gəlmiş həkimlərə ixtisaslı məlumat vermək;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;
- Əmək Məcəlləsinə uyğun sənədələşmə;
- İş qrafiki: 6 günlük.
Tələblər
- Təhsil: Ali tibbi təhsil;
- Təcrübə: Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi olmalı;
- Sertifikatı olmalı;
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı.
Tibb və əczaçılıq
Tikinti və təmir
Elanın müddəti bitmişdir