Avrora Qrup

Hazır məhsul və xammal üzrə satınalma mütəxəssisi

Ə/h razılaşma ilə 1951
Tam iş günü
Bakı, Azərbaycan
22.01.25 - 22.02.25

İş haqqında məlumat

  • Müvafiq şöbə tərəfindən verilən satış planları əsasında minimum-maksimum qalıqları, təmin edilmə müddətini nəzərə alaraq hazır məhsul sifarişlərini formalaşdırır;
  • Sifarişlərin yoxlanılması, analizi və lazımi təmin etmə müddəti ərzində icra edir;
  • Müqavilələrin bağlanması, eyni zamanda cari statusunu, mövcudluğunu yoxlayır və müqavilələrə aid əlavələrin və spesifikasiyaların imzalanmasını təmin edir;
  • Sistem üzərində satınalma sifarişlərini yazıb ödənişə təqdim edir;
  • Təhcizatçılarla münasibətlərin qurulması və qiymətləndirilməsi prosesində iştirak edir;
  • Carilər üzrə borcların izlənilməsini təmin edir;
  • Hazır məhsullar üzrə maliyyə planını təqdim edir;
  • Rəsmiləşməyə görə sənədləri Xarici Logistika Şöbəsi üçün təmin edir;
  • Keyfiyyətə nəzarət üçün zəruri sənədləri təmin edir;
  • Xarici bazardan daxil olacaq məhsulların xarici logistika ilə koordinasiyasını həyatə keçirir;
  • Satış, plan və fakt planların analizi və hesabatlarını hazırlayır və rəhbərliyə təqdim edir;
  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Aşıq Molla Cümə 46 C.

Tələblər

  • Təhsil: Ali;
  • İş təcrübəsi: Sahə üzrə min. 2 il iş təcrübəsi;
  • MS Office proqramları (Word, Excel və s.) üzrə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili və rus dili əla, ingilis dili bilikləri üstünlükdür;
  • Komanda ilə işləmə bacarığı;
  • Diqqətcil və məsuliyyətli olmalı;
  • Göstərilən tələblərə cavab verən  namizədlərdən Cv-lərini mövzu hissəsinə “Hazır məhsul və xammal üzrə satınalma mütəxəssisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

Oxşar vakansiyalar