Zeytun Pharmaceuticals

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis

600 - 800 ₼ 27
Tam iş günü
Bakı, Azərbaycan
17.10.24 - 17.11.24

İş haqqında məlumat

  • İdxal olunmuş BFMQƏ- i üçün AQTA-ya müraciət edib idxala icazə məktubunun alınması;
  • Anbara daxil olan malların NK-nın 287 saylı qərarına əsasən Azərbaycan dilində istifadə təlimatının və stikerlərin uyğunluğunun yoxlanması və özünün müşaiyəti ilə AQTA-dan təyin olumuş inspektora nümunələrin təqdim edilməsi;
  • Digər yaranan problemlərin həll edilməsi;
  • Agentlik tərəfindən ünvanlanan sorğuların cavablandırılması, preparatda aşkarlanmış problemlə əlaqədar menecerin və nümayəndəliyin məlumatlandırılması;
  • Qida təhlükəsizlik sertifikatı alınmadan malların invoys üzrə saylarının yerində olmasına nəzarət edilməsi;
  • Məhsulun ekskluzivliyi “Zeytun pharmaceuticals” a aid olarsa seriyaya uyğun AEM Rəy alınması üçün sənədlərin toplanıb , AEM - ə müraciət olunması;
  • Azərbaycanca içlik və stikerin tərcümə olunması;
  • Bioloji aktiv qida əlavələrinin və tibbi ləvazimatların qeydiyyatı;
  • Gələn qida əlavələrinin gömrük tərəfindən rəsmiləşdirilməsi ilə əlaqədar icazənin alınması üçün sənədlərin tətqiqat mərkəzinə ötürülməsi;
  • Müvafiq nizamlayıcı orqanlardan tətqiqatlar üzrə sertifikatların alınması;
  • Apteklərdən dərmanlara qoloqrammların alınması;
  • Dərmanların, bioloji aktiv əlavələrin və dərmanların statusunun diferensiasiyası;
  • İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur.

Tələblər

  • Təhsil : Ali;
  • Təcrübə : Müvafiq sahədə 2-3 il;
  • Proqram bilikləri : MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Dil bilikləri : Azərbaycan dili, Rus dili;
  • Cəldlik, problemləri həll etmə bacarığı, analitik düşüncə tərzi, riyazi biliklər, yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı.


Oxşar vakansiyalar