Bakı,
Azərbaycan
28.08.23
-
27.09.23
İş haqqında məlumat
- 2G, 3G və 4G giriş şəbəkəsi elementlərinin inteqrasiyası üzrə planlaşdırma və planların (ilkin məlumat bazasına malik olan əmrlərin) hazırlanması;
- Şəbəkə keyfiyyət göstəricilərinə negativ təsirlərin qarşısını almaqdan ötrü 2G, 3G və 4G şəbəkə elementlərinin real və qeyri-real vaxt rejimləri üçün analiz edilməsi;
- 2G, 3G və 4G şəbəkələrinin tutumunun artırılması üzrə sorğuların verilməsi;
- Mobil rabitə operatorlarının tələbləri və proqnozları ilə bağlı qısa və uzunmüddətli tutum və inkişaf planlarının hazırlanması;
- Giriş şəbəkəsinin tutumunun optimizasiya edilməsi üçün şəbəkə statistikasının təhlili;
- Davamlı olaraq şəbəkənin trafikini nəzarətdə saxlamaq və trenddə olan dəyişiklikləri izləməklə hər bir potensial resurs sıxıntısını qabaqcadan müəyyənləşdirmək və düzəliş işlərini yerinə yetirmək;
- Xidmətin keyfiyyəti və davamlılığının artırılması üçün xüsusi fəaliyyət sahəsi üzrə layihələrə təşəbbüs göstərilməsi, layihələrin dizaynı və işlənib hazırlanması;
- Texniki tələbləri qarşılayan yeni təşəbbüsləri araşdırmaq.
Tələblər
- Təhsil: Texniki bakalavr dərəcəsi;
- Təcrübə: Telekom, İT sahəsində 2 il;
- Dil bilikləri: Azərbaycan, rus, ingilis dilləri;
- Kompüter bacarıqları: Təkmilləşdirilmiş MS Office və Access- əsasları, planlama və optimizasiya proqramları (MapInfo, Google Earth və s.);
- 4G, 3G, 2G radio giriş sistemi-fundamental səviyyə;
- Lazım gələrsə, bölgələrə işgüzar səfərlər;
- Giriş şəbəkəsi KPI-ni hədəfdə saxlamaq, təkmilləşdirmək;
- Giriş şəbəkəsinin araşdırılması və keyfiyyətinin təkmilləşdirilməsi.
- Vakansiya ilə maraqlanan şəxslər https://fa-emfh-saasfaprod1.fa.ocs.oraclecloud.com/hcmUI/CandidateExperience/en/sites/CX_1007/job/542/?utm_medium=jobshare linkinə keçid edərək müraciət edə bilər.
İnformasiya texnologiyaları
İKT