SOCAR

Geoloq

802 ₼
Tam iş günü
Bakı, Azərbaycan
15.08.23 - 14.09.23

İş haqqında məlumat

  • Boruarxası həcm və nasosun məhsuldarlığına əsasən tələb olunan süxurların şlamının ələklərə çıxma zamanının hesablanması;
  • Tələb olunan şlam nümunələrinin titrəyən ələklərdən seçilib götürülməsi;
  • Qazma məhlulun tərkibinə görə yuma üsulunun seçilməsi və şlamın bütövlüyü qorunaraq yuyulması;
  • Şlama vizual baxışın keçirilməsi, ilkin dəyərləndirilməsi və qeydlərin aparılması (rəngi, tərkibi, intervalı);
  • Alınmış şlam nümunəsinin qurudulması, qurudulmuş şlamın vizual təhlil edilməsi, mikroskop vasitəsilə şlamın tərkibinin müəyyən edilməsi və fotoşəkilinin çəkilməsi;
  • Xlorid turşusu (HCl) vasitəsilə süxurun karbonatlığının müəyyən edilməsi;
  • Lyuminoskop vasitəsilə neft və ya qazlılığın müəyyən edilməsi;
  • Neftlilik aşkar olunan süxurun benzol maddəsi vasitəsilə təhlil edilməsi və neftliliyin dəqiqləşdirilməsi;
  • Təhlil edilmiş süxürların etilen paketlərlə hermetik olaraq qablaşdırılması və üzərində sahə, quyu nömrəsi və intervalı məlumatlarının qeyd edilərək etiketlənməsi;
  • Təhlil edilmiş süxur nümunələrinin təsvirinin kompüterdə hazırlanması, fotoşəkilin əlavə edilməsi və buruq heyətinə təqdim edilməsi.

Tələblər

  • Kompüter bacarıqları: Microsoft Excel, Microsoft Word, Microsoft Outlook;
  • Detallara diqqət, dürüstlük, etik davranış, məsuliyyət, mühakimə, nizam-intizam, öyrənmə qabiliyyəti, peşəkarlıq, şifahi özünüifadə, yazılı özünüifadə;
  • İş növləri və peşələr üzrə ƏMTT təlimat;
  • Qazmada texnoloji tədqiqatlar;
  • Qazmada geokimyəvi tədqiqatlar;
  • Neftli-qazlı rayonların və yataqların geologiyasını;
  • Neft və qaz yataqlarının işlənmə qaydalarını; 
  • Quyuların mövcud mədən-geofiziki tədqiqat metodlarını;
  • Qrafiki, geoloji sənədlərin quruluşunu və tərtib olunma qaydalarını;
  • Metodiki, normativ və başqa rəhbər materiallarını;
  • Geofiziki tədqiqat materialların qəbulu və keyfiyyətinin qiymətləndirilməsi üzrə təlimatları bilməli.
  • Vakansiya ilə maraqlanan şəxslər https://careers.socar.az/sap/bc/webdynpro/sap/hrrcf_a_posting_apply?PARAM=cG9zdF9pbnN0X2d1aWQ9OEVEQjhCMjUzMjAyMUVERThFQ0JBOEYwMDYzODA2NDUmY2FuZF90eXBlPUVYVA%3d%3d&sap-theme=sap_bluecrystal&sap-client=600&sap-language=AZ&SAP-WD-CONFIGID=ZHCM_WDC_ERC_UNREG_DEF# linkinə keçid edərək müraciət edə bilər.


Oxşar vakansiyalar