Məkan Ağcabədi, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya Xidmət
Vakansiya tarixi 10.01.23 09.02.23

İş haqqında məlumat

  • Fəaliyyəti həyata keçirmək üçün fermerdən və ya rəhbərlikdən müvafiq informasiyanı əldə etmək və təşkilati prosedurlara müvafiq olaraq daxil ediləcək məlumatları emal etmək;
  • Verilənləri daxil etməmişdən öncə onları toplamaq, çeşidləmək və düzgünlüyünü təsdiqləmək;
  • Əməliyyat sənədlərini və müştəri anketlərinə dair məlumatları sistemə köçürmək, daxil etmək və təsdiqləmək;
  • Daxil edilmiş verilənlərin tamlığını və düzgünlüyünü yoxlamaq, daxil edilmiş verilənləri mənbə sənədi ilə müqayisə etmək və səhvləri düzəltmək;
  • Məlumatların düzgünlüyünü təmin etdikdən sonra onları kompüterin yaddaşında saxlamaq və arxiv şöbəsinə göndərmək üçün hazırlamaq;
  • Müəyyən olunmuş təhlükəsizlik prosedurlarına əsasən məlumatlar bazasını yeniləmək, sistemə köçürmək, daxil etmək və təsdiqləmək;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: 1 il;
  • Dil bilikləri: Azərbaycan dili (ingilis və rus dili arzu olunandır);
  • Yüksək səviyyədə şifahi, yazılı ünsiyyət bacarıqları olmalı;
  • Gərgin iş qrafikində işləmək və vaxtında tapşırıqları yerinə yetirmək bacarığı olmalı;
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı olmalı;
  • İstifadəsində olan ofis avadanlıqlarının təyinatını, texniki tələblərini, xüsusiyyətlərini, istifadə qaydalarını bilməlidir;
  • İş funksiyalarına uyğun olaraq tətbiqi proqramların istifadəsini bilmək;
  • Daxili əmək intizam qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək.

Bizi Teleqramda izləyin.

Oxşar vakansiyalar