SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Ətraf mühitin mühafizəsi üzrə mühəndis

Ə/h razılaşma ilə 187
Tam iş günü
Bakı, Azərbaycan
31.01.24 - 01.03.24

İş haqqında məlumat

  • Ətraf mühitin mühafizəsi üzrə mühəndisin əsas vəzifəsi müəssisədə ekologiyaya dair işlərin təşkilində, təbii ehtiyatlardan səmərəli istifadəyə dair tədbirlər planı hazırlanmasında, ətraf mühitin çirklənməsinə qarşı texniki-texnoloji tədbirlərin yerinə yetirilməsində iştirak etmək;
  • Ekologiya və təbii ehtiyatlardan səmərəli istifadəyə dair layihələrin, əmrlərin və təkliflərin hazırlanmasında iştirak etmək;
  • Müəssisənin sahələrində və meydançalarında ətraf mühitin ekoloji vəziyyətini aşkar etmək məqsədilə planlı və zəruri olduqda növbədənkənar yoxlamaların aparılmasında iştirak etmək;
  • Müəssisə üzrə aşkar edilmiş uyğunsuzluqların yaranma səbəblərini təhlil etmək, təkrarlanmasının qarşısını almaq istiqamətində işlər aparmaq;
  • Müəssisənin ətraf mühitə mənfi təsirinin qarşısının alınması istiqamətində işlər aparmaq;
  • Ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin müəssisənin bütün struktur vahidlərində təmin edilməsi və ekoloji qaydaların, standartların tətbiqinə nail olunması istiqamətində işlər aparmaq;
  • Ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə üzrə qüvvədə olan normativ sənədlərin müddəalarına əməl olunmasına, çirkab suların, digər çirkləndiricilərin ətraf mühitə və atmosferə atılmasının qarşısının alınmasına doğru yönəldilmiş tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • İş yeri: Metanol Zavodu.

Tələblər

  • Təhsil: Müvafiq sahə üzrə bakalavr təhsili;
  • Təcrübə: Müvafiq sahə üzrə ən azı 8 il müvafiq iş təcrübəsi;
  • Kompüter bacarıqları: Ofis proqramlarında işləmək bacarığı (Word, Excel, Outlook və s.);
  • Azərbaycan Respublikasının icra və sərəncamverici orqanlarının Qərar və Sərəncamlarını, qüvvədə olan normativ sənədləri, təlimatları, ARDNŞ tərəfindən təsdiq olunmuş "Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi" ni bilməli.


Elanın müddəti bitmişdir