Bakı,
Azərbaycan
02.08.23
-
01.09.23
İş haqqında məlumat
- Əsas vəsaitlərin idarə edilməsi sisteminin əməliyyatlarının planlaşdırılması, təşkili və istiqamətləndirilməsi, sistemlə bağlı uyğunsuzluqların və düzgünlüklə bağlı problemlərin araşdırılması və həll olunması;
- Cari il üçün əmlak planının düzgün başa düşülməsi üçün iilin əvvəlinə illik büdcənin və investisiya qoyuluşu planının analiz olunması;
- Əsas vəsaitlərin idarə olunması komandası, şirkətin analitikləri və yüksək səviyyəli rəhbərliklə əməkdaşlıq çərçivəsində maliyyə siyasət və proseslərinin nəzərdən keçirilməsi və mümkün dəyişikliklər barədə məsləhətlərin verilməsi, əsas vəsaitlərin idarə olunması və izlənməsi sistemləri ilə işləmək;
- Əsas vəsaitlərin həyat tsikli ərzində onların izlənməsi və düzgün siyahıya alınmasının təmin olunması;
- Əsas vəsaitlərin alınmasından utilizasiyasına qədər olan müddətdə idarə olunması və izlənməsini təmin edən proseslərin hazırlanması, inkişaf etdirilməsi və saxlanması;
- Əsas vəsaitlərə düzgün xidmət olunmasını yoxlamaq və onların idarə olunması üzrə siyasətə əməl olunmasını təmin etmək üçün Əsas vəsaitlərin idarə olunması üzrə strategiyaların komanda üzvlərinə və büdcə sahiblərinə səmərəli şəkildə kommunikasiya olunması;
- Təyin edilmiş sair işlər, xüsusi hesabatların hazırlanması.
Tələblər
- Təhsil: Ali (iqtisadiyyat və ya maliyyə sahəsində bakalavr və ya magistr təhsilin olması vacibdir);
- Təcrübə: Maliyyə sahəsində 5 il;
- Dil bilikləri: Mükəmməl səviyyədə azərbaycan və ingilis dil biliyi (rus dili səviyyəsi üstünlük verir);
- Kompüter bacarıqları: Mükəmməl səviyyədə Microsoft Office proqramlarından istifadə bacarığı;
- Telekommunikasiya sahəsində təcrübə;
- Komanda işi və əməkdaşlıq;
- Güclü ünsiyyət bacarığı;
- Eyni anda bir neçə işi görə bilmə;
- Araşdırma;
- İnnovativ düşünmə;
- Analitik düşünmə qabiliyyəti;
- Detallara diqqət etmə bacarığı;
- Yeni texnologiyaların öyrənilməsi, başa düşülməsi və tətbiqi bacarığı;
- Əsas vəsaitlər və mal-materialin idarə olunması üzrə bilik və təcrübə.
- Vakansiya ilə maraqlanan şəxslər https://fa-emfh-saasfaprod1.fa.ocs.oraclecloud.com/hcmUI/CandidateExperience/en/sites/CX_1007/job/635/?utm_medium=jobshare linkinə keçid edərək müraciət edə bilər.
İnzibati, Biznes, İdarəetmə
İKT