Kürdəmir,
Azərbaycan
12.07.24
-
11.08.24
İş haqqında məlumat
- İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün Filiala daxil olan sənədlərin icrasını təmin edir;
- Vəkalətnamə əsasında Filialı məhkəmələr və üçüncü şəxslər qarşısında təmsil edir;
- Filialın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
- Filialın fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən Filialın əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
- Filial tərəfindən sahibkarlıq sahəsində və büdcə təşkilatlarında yoxlamalar (nəzarət tədbirləri) aparır və qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri rəsmiləşdirir;
- Agentliyin səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir;
- Filialın Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir;
- Filialın fəaliyyət ərazisində 200 kVt güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsi üçün tikinti obyektlərinin elektrik qurğularına baxış keçirir və nəticələri aktla rəsmiləşdirir;
- Filialın fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
- Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
- Əmək müqaviləsində və Filialın Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 – 18:00.
Tələblər
- Təhsil: Energetika və enerji maşınqayırması, istilik energetikası, maşın və qurğuları, elektrotexnika və elektromexanika, yüksək gərginliklər texnikası, fizikası və elektrotexnologiya ixtisas istiqamətləri üzrə ali təhsil;
- Təcrübə: Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Yaş: 25-45;
- Kompüter bacarıqları: Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
- Rus dilini bilməsi arzu olunandır;
- Agentliyin region filiallarına rotatsiyaya açıq olmalı;
- Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti.
Xidmət
Kommunal xidmətlər
Elanın müddəti bitmişdir