Bakı,
Azərbaycan
07.05.24
-
06.06.24
İş haqqında məlumat
- Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS)- lər və Strateji Layihələr üzrə layihə və maliyyə hesabat və modelləri təhlil etmək, iqtisadi göstəriciləri yoxlamaq və modellər üzrə daxili hesabatların hazırlanması, yeni modellərin yaradılması;
- HPBS-lər üzrə dövlətin payına düşən gəlirlərin satışından əldə olunan gəlirlərinin və satış xərclərinin yoxlanılması və daxili sistemlərdə işlənilməsi;
- HPBS-lər üzrə dövlətin payının gəlirlər və hasilat olaraq müxtəlif sənədlər əsasında mütəmadi olaraq müəyyən edilməsi, təhlil və üzləşdirilmənin (cross check) həyata keçirilməsi, müvafiq arayışların hazırlanması;
- Neft – qaz layihələri üzrə hasilatın, xərclərin və digər parametirlırin analitik təhlilinin aparılması;
- Neft-qaz layihələri üzrə standart daxili hesabatların hazırlanması və vahid formatda daxili paylaşılmasının təmin edilməsi;
- Neft-qaz layihələri üzrə xalis ixrac dəyərlərinin təhlili və təsdiq üçün təqdim olunması;
- Dövlətin payına düşən karbohidrogenlərin satış partiyaları üzrə çıxılan xərclərinin müvafiq Müqavilə Şərtləri ilə təhlil ediməsi və daxili sistemlərdə işlənməsi;
- HPBS üzrə sərmayəçilər qarşısında mənfəət vergisinin dövlətə ödənilməsi öhdəliyinin icra edilməsi prosedurunun həyata keçirilməsi;
- ERP sisteminə məlumatların daxil edilməsi;
- HPBS və Strateji Layihələr üzrə Müşahidə Şuraları və Ümumi yığıncaqlarda təsdiq üçün təqdim edilmiş sənədlərin təhlili və qərar üçün analizin nəticələrinin təqdim edilməsi;
- Strateji layihələr üzrə gəlirlərin geri qaytarılamasının müəyyən edilmiş mexanizminə uyğunluğunun təhlil edilməsi;
- Departamentin fəaliyyətinə aid edilə bilən əlavə xüsusi işlərin icrası.
Tələblər
- Kompüter bacarıqları: MS Office proqramları üzrə yüksək səviyyədə bilik tələb olunur, MS Excel üzrə yüksək səviyyədə bilik tələb olunur;
- Təhsil: İqtisadiyyat, Maliyyə, mühasibatlıq üzrə ali təhsil;
- Dil bilikləri: Azərbaycan və ingilis dillərini səlis səviyyədə bilmək tələb olunur;
- Təcrübə: Bu sahə üzrə 3-5 il təcrübəyə üstünlük verilir;
- CFA, ACCA ixtisaslaşma arzuolunandır.
- Vakansiya ilə maraqlanan şəxslər https://oilfund.az/fund/career-opportunities/vacancy-apply/55 linkinə keçid edərək müraciət edə bilər.
Elanın müddəti bitmişdir