Aztelekom

Energetika üzrə mühəndis

Ə/h razılaşma ilə 108
Tam iş günü
Biləsuvar, Azərbaycan
30.09.24 - 30.10.24

İş haqqında məlumat

  • Enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normalardan kənara çıxmamasını təmin edir;
  • Şöbəyə daxil olmuş sifarişə uyğun olaraq yeni elektrik avadanlığını quraşdırır və digər enerji işlədici avadanlıqlara elektrik bağlantılarının verilməsini təşkil edir;
  • Filial şöbəsinin balansında olan transformatorların istismarına və digər qurumlar tərəfindən aparılan baxış işlərinə nəzarəti təmin edir;
  • Elektrik qida qurğularının əsaslı təmirə ehtiyacı olduqda əlavə mütəxəssisin cəlb olunması və ya sıradan çıxan detalın təmirinin təşkil edilməsi ilə əlaqəli birbaşa rəhbərinə təkliflər tədim edir;
  • Torpaqlanma sistemlərinin baxımı və istismarının təşkil edir və Təlimata uyğun olaraq, torpaqlanma müqavimətinin ölçülməsi və hesabatını verir;
  • Bina təsərrüfatlı elektrik sistemlərinin istismarı, proflaktikası, təmiri və yeni elektrik qoşulmalarını təmin edir;
  • İstismarına cavabdeh olduğu elektrik təsərrüfatı üzrə müvafiq ölçmə işlərinin (kabel izolyasiya müqavimətinin və s.) aparılmasını təmin edir;
  • Müxtəlif tip, texniki parametrə malik akkumulyatorların istismarını, profilaktikasını təşkil və təmir edir;
  • Generatora giriş və çıxış elektrik xətlərinin,AVR sistemlərinin (əgər tələb olunarsa) yenilənməsini, istismarını, təmirini təmin edir;
  • Cavabdeh olduğu elektrik təsərrüfatı üzrə qida sistemlərinin struktur və prinsipial sxemlərinin çəkilməsi, vahid texniki registir üzrə məlumatların yenilənməsi işlərində iştirak edir;
  • Enerji sistemlərinin monitorinq olunması ilə əlaqədar olaraq şöbəyə daxil olmuş sifarişə uyğun quraşdırma, istismar işlərini təşkil edir;
  • Genertor yanacaq sərfiyatının qeydiyatını aparmaqla məlumatları bir başa rəhbərinə çatdırılmasını təmin edir;
  • Elektrik sayğacı-texniki şərtin alınması, quraşdırılmasına nəzarət, aktlar, metodiki hesabatlar, sayğacın düzgün işləməsini təmin edir;
  • Rabitə avadanlıqlarının soyutma sistemlərinin dayanıqlı istismarını və baxımını təşkil edir.

Tələblər

  • Energetika və ya Rabitə və İnformasiya Texnologiyaları sahəsində Ali və ya orta texniki təhsilli olmalı;
  • Energetika şəbəkələrinin istismarı sahəsində ən azı 1 (bir) il profesional iş təcrübəsi olmalı;
  • Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqların texniki xarakteristikalarını, elektrik, montaj, prinsipial və funksional sxemlərini, təyinatını və iş rejimlərini bilməli;
  • Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqlarda baş vermiş zədələnmələrin aradan qaldırılması üçün mövcud istismar təlimatlarını mükəmməl bilməli;
  • MS Office proqramlarını bilməli