Masallı,
Azərbaycan
30.08.23
-
29.09.23
İş haqqında məlumat
- Şöbə müdirinin əsas öhdəliyi birbaşa rəhbərin nəzarəti altında regional filal üzrə enerji sistemlərinin istismarı prosesinə aid olan bütün sənədləri departament və Aztelekom MMC-nin texniki deparatmentin energetika şöbə rəhbərinin təsdiqi ilə yaradıb, daim təkmilləşdirməyindən və onlara riayət edilməsindən, şəbəkənin istismarı asan olan müasir texnoloji avadanlıqlarla təkmilləşdirilməsindən və istismar proseslərinə riayət edilməsindən ibarətdir;
- Şəbəkədə istismarda olan texnoloji avadnlıqların profilaktik iş planlarını hazırlayır departament və baş idarənin TD, EŞ rəhbəri ilə razılaşdırır və icrasına nəzarəti təmin edir;
- Elektrik sayğacı- texniki şərtin alınması, quraşdırılmasına nəzarət, aktlar, metodiki hesabatlar, sayğacın düzgün işləməsinə nəzarətin təmini, hesabatların departament və baş idarənin TD, EŞ-nə təqdim edilməsi;
- AC və DC qoşuntusu verilmiş digər şirkətlərin enerji sərfiyyatını müqaviləyə, ayrılmış limitə uyğun təmin edilməsi, hesabatların departament və baş idarənin TD, EŞ-nə təqdim edilməsi;
- Şöbəsinin fəaliyyəti ilə bağlı rüblük, yarımillik və illik işini təhlil edir və müəyyən olunmuş qaydada birbaşa rəhbərinə hesabat təqdim edir;
- Rabitə avadanlıqlarının soyutma sistemlərinin dayanıqlı istismarı və baxımın təşkili;
- Torpaqlanma sistemlərinin baxımı və istismarının təşkili;
- Təlimata uyğun olaraq torpaqlanma müqavimətinin ölçülməsi və hesabatın verilməsi;
- Bina təsərrüfatlı elektrik sistemləri - istismarı, proflaktikası, təmiri, yeni elektrik qoşulmalarının təşkili;
- Müxtəlif tip, texniki parametrə malik akkumulyatorların İstismarı, proflaktikası, təmiri;
- Dayanıqlı enerji təminatı ilə əlaqəli təkliflərin verilməsi;
- Şöbənin fəaliyyətinin keyfiyyətinin artırılması məqsədi ilə, tabeçiliyində olan personala dəstək olur.
Tələblər
- Təhsil: Ali (energetika və ya rabitə və informasiya texnologiyaları sahəsində);
- Təcrübə: Energetika üzrə ən azı 4 il, rəhbərlik üzrə ən azı 3 il;
- Kompüter bacarıqları: MS Office, Outlook və qida qurğularının istismarına aid proqramlarını bilməlidir;
- Qida qurğuları avadanlıqlarının istismar təlimat və qaydalarını, stuktur sxemlərini və digər istismar təlimat və qaydalarını bilməlidir;
- Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqların texniki xarakteristikalarını, elektrik, montaj, prinspial və funksional sxemlərini, konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimlərini bilməlidir;
- Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqlarda baş vermiş zədələnmələrin aradan qaldırılması üçün texniki personalın istifadə etdiyi mövcud istismar təlimatlarını mükəmməl bilməlidir;
- Şəbəkənin layihələndirilməsini bilməlidir;
- Şəbəkənin layihə smetasını və planını tərtib etmə bacarığına malik olmalıdır;
- Sürücülük vəsiqəsinin olması və qəza halları zamanı şirkətə məxsus avtomobilləri idarə edə biləcək namizədlərə üstünlük veriləcək;
- Təhlükəsizlik texnikasından ən azı 4-cü qrupa (minimum 3-cü qrupa) malik olmalıdır.
Mühəndislik
Rabitə xidmətləri