Sirab ASC

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəssis

Ə/h razılaşma ilə 134
Tam iş günü
Xırdalan, Azərbaycan
17.05.24 - 16.06.24

İş haqqında məlumat

  • Müəssisədə əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi;
  • Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət edilməsi;
  • Yeni işə götürülmüş işçilərə və şirkət əməkdaşlarına  əməyin mühafizəsi üzrə məsləhətlərin verilməsi;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılması;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasının təşkil edilməsi;
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılması;
  • Struktur bölmələrdə ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üçün tədbirlərin görülməsi;
  • İşə götürülənlərlə əməyin mühafizəsi üzrə giriş təlimatının aparılması;
  • Qulluqçuların və mühəndis Texniki işçilərin Əməyin Mühafizəsi və Təhlükəsizlik Təlimatı üzrə biliklərinin yoxlanılması və attestasiya komissiyasının işində iştirak edilməsi;
  •  İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxılması və lazımi tədbirlər görülməsi;
  • İşçilər üçün əməyin mühafizəsi üzrə təlimatlarının, əməyin mühafizəsi sistemi standartlarının razılaşdırılması; 
  •  İş yerlərində ilkin təlimatlandırmadan azad olunan peşələrin və işçi vəzifələrinin siyahısına aid sənədlərin layihələrinin razılaşdırılması;
  • İşəgötürənin adından iş yerində əmək şəraitinin vəziyyəti peşə xəstəliyinin səbəbləri və onun əmələ gəlmə müddəti, habelə təhlükəli və zərərli istehsalat amillərindən müdafiə üzrə görülmüş tədbirlər haqqında işçilərə informasiya vermək;
  • Mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmaq;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 08:00 - 17:00;
  • İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı).

Tələblər

  • Təhsil: Minimum təhsil dərəcəsi: Bakalavriat;
  • Kompüter bacarıqları: MS Office (Word, Power Point, Excel ) - Yaxşı;
  • Dil bilikləri: Azərbaycan dili əla;
  • Təcrübə: Minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının qanunlarını;
  • Müvafiq sahə üzrə beynəlxalq standartları;
  • Fövqəladə Hallar Nazirliyinin Şəadətnamə;
  • Əməyin təşkilinin əsaslarını;
  • Daxili əmək intizamı qaydalarını;
  • Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını;
  • Analitik düşünmə bacarığı;
  • Keyfiyyət yönümlülük;
  • Qərarlı, müştəri yönümlü, rəqabəti bacaran;
  • Komanda ilə işləmə bacarığı;
  • Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
  • Planlaşdırma və problem həll etmə bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar