Azərpoçt

Əməliyyatlar üzrə menecer

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
10.08.23 - 09.09.23

İş haqqında məlumat

  • Şirkətin ümumi məqsədlərinə və bazar tendensiyalarına uyğun olaraq karqo layihəsi üçün hərtərəfli strateji planlar hazırlamaq və icra etmək;
  • Layihənin genişlənməsinə, şaxələndirilməsinə və uzunmüddətli davamlılığına rəhbərlik etmək üçün tədbirlər planı hazırlamaq;
  • Əməliyyat maneələrini və təkmilləşdirilməsi lazım olan sahələri müəyyən etmək, səmərəliliyi artırmaq və prosesləri sadələşdirmək üçün strategiyalar hazırlamaq və həyata keçirmək;
  • Trendləri müəyyən etmək, əməliyyat performansını ölçmək və təkmilləşdirmə üçün fəaliyyət planlarını hazırlamaq üçün məlumatları və əsas performans göstəricilərini (KPI) təhlil etmək;
  • Müştərilər və maraqlı tərəflərlə onların xüsusi karqo tələblərini anlamaq və yüksək səviyyədə müştəri məmnuniyyətini təmin etmək üçün sıx əməkdaşlıq etmək;
  • Performans hədəflərinə çatarkən resursların sərfəli şəkildə bölüşdürülməsini təmin edərək, əməliyyat büdcəsini hazırlamaq və idarə etmək;
  • Lazımi icazə və lisenziyaları saxlamaq üçün müvafiq tənzimləyici orqanlarla əməkdaşlıq etmək;
  • Korporativ nömrə ilə təmin olunma;
  • İş qrafiki: 5 günlük; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Tələblər

  • Təhsil: Ali (biznesin idarə edilməsi, logistika, təchizat zəncirinin idarəedilməsi və ya layihə idarəedilməsi olması üstünlükdür);
  • Təcrübə: Karqo layihələrin idarə edilməsi və ya karqo şirkətlərində üzrə minimum 2 il;
  • Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dili biliyi üstünlükdür;
  • Yükün idarə edilməsi prosedurları, daşıma rejimləri və logistika prinsipləri haqqında güclü anlayış;
  • Yüklərin izlənməsi, inventarların idarə edilməsi və əməliyyat təhlili üçün müvafiq proqram və sistemlərdən istifadə bacarığı;
  • Əla ünsiyyət və təqdimat bacarığı;
  • Analitik düşüncə, nəticəyönümlülük və problem həll etmə bacarığı;
  • Ünsiyyətcillik, komandada işləmə və liderlik bacarıqları.