Baku Electronics

Əməliyyatçı

Ə/h razılaşma ilə
Tam iş günü
Quba, Azərbaycan
03.08.23 - 02.09.23

İş haqqında məlumat

  • Ümumi satış hədəflərinin yerinə yetirilməsi üçün mağazada əməliyyatlarla bağlı işləri icra etmək, koordinasiya etmək və işlərə nəzarət etmək;
  • Mağaza üzrə anbar və xəzinə ilə əlaqəli olan bütün növ əməliyyatların cari vəziyyətini izləmək və problemləri həll etmək;
  • Mağaza üzrə anbar və xəzinə ilə bağlı gündəlik əməliyyatlar haqqında hesabatlar hazırlamaq;
  • Əməliyyatların icra statusu ilə bağlı məlumat bazasının daim yenilənməsini təmin etmək;
  • Sənədləşmə işinin aparılması, müvafiq qaydada sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək;
  • Mağazalarda əməliyyatlarla bağlı xidmət səviyyəsinin artırılması istiqamətində işlər görmək;
  • Satış analizlərini aparmaqla məhsul kateqoriyaları üzrə müvafiq şəxslərə məlumat vermək;
  • Mağazada satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək və işin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək.

Tələblər

  • Təcrübə: Müvafiq sahə üzrə üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dilini əla səviyyədə bilmək;
  • Kompüter bacarıqları: MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə bacarığı;
  • Analitik düşüncə və təhlil bacarığı;
  • Şifahi və yazılı formada yüksək ünsiyyət bacarığı;
  • Problemləri effektiv şəkildə həll etmək;
  • Məsuliyyətlilik, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.


Oxşar vakansiyalar