Bakı,
Azərbaycan
02.02.24
-
03.03.24
İş haqqında məlumat
- Ümumi satış əməliyyatları ilə bağlı işləri icra etmək, koordinasiya etmək və işlərə nəzarət etmək;
- Mağaza üzrə anbar və xəzinə ilə əlaqəli olan bütün növ əməliyyatların cari vəziyyətini izləmək və problemləri həll etmək;
- Satış prosesinin sistemə işlənilməsi üçün anbar şöbəsi ilə mütəmadi danışıqların aparılması;
- Əməliyyatların icra statusu ilə bağlı məlumat bazasının daim yenilənməsini təmin etmək;
- Sənədləşmə işinin aparılması, müvafiq qaydada sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək;
- Satış analizlərini aparmaqla məhsul kateqoriyaları üzrə müvafiq şəxslərə məlumat vermək;
- Mağazada satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək və işin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
- Müştəri sifarişlərinin, sifariş dəyişikliklərinin və geri qaytarılmış məhsulların 1 C proqramında yazılması;
- Yeni məhsul kodlarının sistemə daxil edilməsi;
- Müştəri məlumatlarının sistemə daxil edilməsi;
- İş qrafiki: 6 günlük;
- İş saatı: 10:00-19:00.
Tələblər
- Yaş: 22-35;
- Təhsil: Orta ixtisas (maliyyə uçotu, mühasibatlıq), ali təhsil - üstünlükdür;
- Təcrübə: Müvafiq sahədə təcrübə üstünlükdür;
- Kompüter bacarıqları: 1C proqramı ilə sərbəst işləmək bacarığı, Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (rus dillərini bilənlərə üstünlük verilə bilər);
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
- Komandada işləmək bacarığı.
İnzibati, Biznes, İdarəetmə
Dizayn
Elanın müddəti bitmişdir