Barkod Electronics

Əməliyyat meneceri

Ə/h razılaşma ilə 110
Tam iş günü
Bakı, Azərbaycan
10.06.24 - 10.07.24

İş haqqında məlumat

  • Ümumi satış hədəflərinin yerinə yetirilməsi üçün mağazada əməliyyatlarla bağlı işləri icra etmək, koordinasiya etmək və işlərə nəzarət etmək;
  • Mağaza üzrə anbar və xəzinə ilə əlaqəli olan bütün növ əməliyyatların cari vəziyyətini izləmək və problemləri həll etmək;
  • Mağaza üzrə anbar və xəzinə ilə bağlı gündəlik əməliyyatlar haqqında hesabatlar hazırlamaq;
  • Əməliyyatların icra statusu ilə bağlı məlumat bazasının daim yenilənməsini təmin etmək;
  • Sənədləşmə işinin aparılması, müvafiq qaydada sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək;
  • Mağazalarda əməliyyatlarla bağlı xidmət səviyyəsinin artırılması istiqamətində işlər görmək;
  • Satış analizlərini aparmaqla məhsul kateqoriyaları üzrə müvafiq şəxslərə məlumat vermək;
  • Mağazada satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək və işin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
  • Əmək müqaviləsi;
  • İş  qrafiki: 5 günlük.

Tələblər

  • Yaş: 21-30;
  • Təhsil: Ali;
  • Təcrübə: Əməliyyatların idarə edilməsi sahəsində  minimum 1 illik iş təcrübəsi, təcrübənin qlobal çatdırılma şirkətlərinin yerli nümayəndəliklərində olması əlavə üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dilini səlis bilmək vacib, Rus və ya  İngilis dillərindən birini bilmək üstünlükdür;
  • Kompüter bacarıqları: MS Office proqramlarından sərbəst istifadə etmək (Excel biliklərinin yaxşı olması üstünlükdür);
  • Data analitika və data vizualizasiya bacarıqlarının olması üstünlükdür;
  • Şifahi və yazılı ünsiyyətqurma bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik, detallara fikir vermək bacarığı;
  • Hesabatlarla işləmək bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar