Azerbaijan SuperMarket

Əmək haqqı üzrə kiçik mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
30.08.23 - 29.09.23

İş haqqında məlumat

  • Əmək haqqı və mükafatlar üzrə menecer tərəfindən verilən əmək haqqı ilə bağlı bütün tapşırıqları icra etmək;
  • İşçilərin işlədiyini saatları müəyyənləşdirmək üçün davamiyyət cədvəllərinin yoxlanılması;
  • İşlənmiş saatlar, əlavə iş tarifləri, vergilər, dövlət sığorta ödənişləri və digər amilləri nəzərə alaraq işçilərin düzgün əmək haqqının hesablanması;
  • Tətil, xəstəlik, analıq və atalıq məzuniyyətlərinin işlənməsi;
  • İşçilərin davamiyyət cədvəlləri və maaş hesablanması və ödənişi vərəqələri ilə bağlı suallarının cavablandırılması;
  • Kompüter sisteminin köməyi ilə əlavə iş, tutulmalar, bonuslar və s. daxil olmaqla düzgün ödəniş məbləğlərinin hesablanması;
  • Vergilərin işlənməsi və işçilərə mükafatların ödənilməsi;
  • Saat tarifləri, əmək haqqı, kompensasiya müavinətləri, yeni işə qəbul və digər məlumatların izlənilməsi;
  • Əmək haqqı hesablaması üçün şirkət verilənlər bazası proqramları ilə işləmək;
  • Hesabatlar və ödənişlər üzrə rəqəmlərin düzgünlüyünün yoxlanılması.

Tələblər

  • Təhsil: Ali (biznes, İR, mühasibatlıq və ya əlaqəli sahə üzrə);
  • Təcrübə: Müvafiq sahədə 1 il;
  • Kompüter bacarıqları: MS Office proqramları ilə işləmə bacarığı (xüsusilə Excel);
  • Dil bilikləri: Ən azı pre-intermediate səviyyəsində ingilis dili;
  • Sürətli öyrənmə və dəyişən mühitə qarşı çeviklik;
  • Əla təşkilatçılıq və uyğunlaşma bacarıqları;
  • Pərakəndə satış sahəsində təcrübə üstünlükdür;
  • Əmək haqqı qanunvericiliyini yaxşı bilmək;
  • Davamiyyət cədvəlinin və iş qrafikinin planlaşdırılması;
  • Zamanın idarə edilməsi bacarığı;
  • Sıx son möhlət tarixləri ilə işləmək bacarığı;
  • Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
  • İşçilərin şikayət və narahatlıqlarını həll etmək bacarığı;
  • Yaxşı komanda oyunçusu;
  • Təşəbbüskarlıq;
  • Detallara qarşı diqqətlilik;
  • Yeni şəraitlərə uyğunlaşma qabiliyyəti;
  • Tələb olunan tapşırıqlarda keyfiyyət və etibarlılığa diqqət yetirmək.


Oxşar vakansiyalar