Aztelekom

Əmək haqqı üzrə Baş mütəxəssis

Ə/h razılaşma ilə
1096
Tam iş günü
Bakı, Azərbaycan
13.03.25 - 13.04.25

İş haqqında məlumat

  • İşçilərin əmək haqqı, bonuslar və digər mükafatlarının düzgün və vaxtında hesablanması;
  • Vergilər və digər kəsintilərin düzgün tətbiq olunmasını təmin etmək;
  • İşçilərin əmək haqqı hesablarının yoxlanılması, təkmilləşdirilməsi və təhlil edilməsi;
  • İşçilərdən gələn əmək haqqı, bonus və digər ƏH məsələləri ilə bağlı sualları cavablandırmaq;
  • Əmək haqqı ödənişlərinin yığılması, yoxlanılması və ödəniş üçün Maliyyə departamentinə göndərilməsi;
  • SAP sisteminə lazımı məlumatların vaxtında işlənilməsi;
  • Sistemdə yaradılmış yeni funksionallıqların test edilməsi;
  • Daxili və xarici hesabatların hazırlanması və təqdim olunması (aylıq, rüblük, illik);
  • Dövlət orqanlarına təqdim olunan vergi, sosial sığorta və digər hesabatların hazırlanması;
  • Əmək haqqı ilə bağlı qanunvericilik tələblərinə riayət edilməsi;
  • Şirkətin daxili siyasət və prosedurlarına uyğun olaraq əmək haqqı proseslərini təkmilləşdirmək və müasir texnologiyalardan istifadə edərək daha effektiv metodlar tətbiq etmək.

Tələblər

  • İqtisadiyyat, maliyyə, idarəetmə və ya müvafiq sahələrdə ali təhsil;
  • ƏH üzrə mütəxəssis kimi ən azı 2-4 illik iş təcrübəsi;
  • Vergi qanunvericiliyi, sosial sığorta və əmək haqqı sistemləri üzrə yüksək təcrübə;
  • ERP sistemlər üzrə (SAP arzu olunandır) üzrə təcrübə;
  • Ofis proqramları (xüsusilə Microsoft Excel) üzrə yüksək səviyyədə biliklər;
  • Əmək qanunvericiliyi, vergi və sosial sığorta ilə bağlı mükəmməl biliklər;
  • Mövcud qanun vericilikdə ƏH hesablanma qaydasını yüksək səviyyədə bilmək;
  • Dəqiqlik və detallara diqqət yetirmə bacarığı;
  • Məsuliyyətli və təşəbbüskarlıq;
  • Yüksək ünsiyyət qurma bacarığı;
  • Stressə davamlılıq və zaman idarəetməsi qabiliyyəti.